"Space" kanalının iki tanınmış əməkdaşı İlham Əliyevə müraciət edib
04-07-2021 [18:13]
"Space" kanalının iki tanınmış əməkdaşı Prezident İlham Əliyevə müraciət edib.
Mia.az həmin müraciəti təqdim edir:
"Hörmətli cənab Prezident,
Müraciətimizə Sizin 2017-ci il iyulun 22-də jurnalistlər üçün inşa olunan ikinci binanın açılışındakı nitqinizdən qısa bir parça ilə başlamaq istəyirik:
“Prezident kimi mən azad medianın inkişafı üçün bundan sonra da səylərimi əsirgəməyəcəyəm. Jurnalistlərin məişət problemlərinin həlli üçün bundan sonra da biz öz addımlarımızı atacağıq. Çünki mən yaxşı başa düşürəm ki, jurnalist biznesmen, iş adamı deyil. Jurnalistika ilə məşğul olan insan üçün mənzil almaq o qədər də asan məsələ deyil və dövlət burada həmişə sizin yanınızdadır. İkinci binanın tikintisinə dörd il vaxt gedib. Bu üçüncü binanı da biz maksimum üç ilə tikməliyik. Qaldı maliyyə vəsaitinə, burada heç bir problem olmayacaq ki, biz sizinlə tezliklə üçüncü binanın açılışında görüşək”.
Sizin vəd etdiyiniz kimi bina həqiqətən də 3 ilə tikilib hazır oldu. Amma təəssüf ki, görüşə bilmədik. Həm bütün dünyanın baş bəlasına çevrilən pandemiya, həm də işğalçı Ermənistanın Tovuz təxribatları, xalqımızın igid övladlarının şəhid xəbərləri hər birimizə evləri unutdurdu. İlin sonlarına yaxın isə Siz Ali Baş Komandan kimi 44 günlük zəfər yürüşü ilə hər bir azərbaycanlıya elə bir ev, elə bir mənzil hədiyyə etdiniz ki, dünyanın bütün mükafatları onun qarşısında kölgədə qalır. Qarabağ boyda Evimizi bizə qaytardınız. Bunun üçün ömrümüzün sonuna qədər Sizə minnətdar olacağıq.
Hörmətli cənab Prezident,
Çox şükür, artıq ölkəmizdə əmin-amanlıq bərqərar olur, sürətli peyvəndləmə nəticəsində normal həyata dönürük. Biz də ümid edirik ki, jurnalistlər üçün inşa olunan binada artıq 8 ildir ümidlə gözlədiyimiz mənzillə təmin olunarıq. 17 gün sonra jurnalistlərin peşə bayramı – Mətbuat Günü qeyd olunacaq. Jurnalistlər üçün inşa olunan digər iki bina məhz Mətbuat Günü Sizin iştirakınızla sahiblərinə təqdim olunmuşdu. Ona qədər isə müxtəlif prosedurlar icra edilmiş, jurnalistlərdən müraciətlər qəbul olunmuşdu. Amma peşə bayramımıza iki həftədən bir qədər artıq vaxt qalsa da hələ də bu məsələ ilə bağlı bir qərar yoxdur. Sizdən bu məsələyə müdaxilə etməyinizi, jurnalistlərin böyük ümidlə gözlədikləri mənzillərin ehtiyacı olan insanlara paylanmasına göstəriş verməyinizi xahiş edirik. Ümid edirik ki, o insanların içərisində biz də olacağıq.
Hörmətli cənab Prezident,
Azərbaycan jurnalistləri Sizin diqqət və qayğınızı hər zaman hiss ediblər. Ümid edirik ki, bu dəfə də müraciətimizi cavabsız qoymayacaqsınız. Öncədən dərin təşəkkürümüzü bildiririk!
Hörmətlə:
Tarverdiyev (Basqallı) Elvin Vahid oğlu – "Space" TV–nin aparıcısı
Balayeva Azadə Nərman qızı – "Space" TV Xəbərlər Xidmətinin şef redaktoru".
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"