İndoneziyanın “qurucu-atası”nın qızlı koronavirusdan vəfat edib

img

03-07-2021 [14:56]


İndoneziyanın birinci prezidenti və “qurucu-atası” Sukarnonun qızlarından biri, tanınmış indoneziyalı siyasətçi Raçmavati Sukarnoputri 71 yaşında koronavirus infeksiyasından vəfat edib.

“RİA Novosti” xəbər verir ki, bu barədə “Jakarta Globe” qəzetinin internet versiyası məlumat yayıb.

Məlumatda deyilir ki, İndoneziyanın birinci prezidentinin qızı, digər sabiq prezident Meqavati Sukarnoputrinin bacısı, Böyük İndoneziya Hərəkatı Partiyasının liderlərindən biri olan Raçmavati Sukarnoputri ötən həftə COVID-19 simptomu ilə xəstəxanaya yerləşdirilmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA