Avropada koronavirusa yoluxma halları yenidən atmağa başlayıb

img

01-07-2021 [14:05]


Avropada koronavirusa yoluxmaların, ölüm hallarının, xəstəxanaya yerləşdirənlərin sayında iki ay ərzində qeydə alınmış azalmadan sonra yoluxmalar yenidən artmağa başlayıb.

Bunu Ümumdünya Səhiyyə Təşkilatı Avropa direktoru Hans Kluge onlayn brifinq zamanı bildirib.

“Avropa regionundakı 53 ölkədə COVID-19 hallarının on həftədir davam edən azalması dayanıb. Ötən həftə daha çox ünsiyyət, gediş-gəliş, toplantılar, sosial məhdudiyyətlərinin zəifləməsi üzündən yoluxanların sayı 10 faiz artdı. Həmçinin vəziyyət sürətlə dəyişir, göstərilən böyük səylərə baxmayaraq milyonlarla insanın hələ də peyvənd olunmadığı regionda narahatlıq doğuran “Delta” variantı yayılmağa başladı”, - o, deyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:32 19.11.2024

Sabah yağış yağacaq