NATO-nun baş katibi Gürcüstanın müdafiə naziri ilə bölgədəki vəziyyəti müzakirə edib

img

30-06-2021 [19:01]


Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.

Bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Alyansın Brüsseldəki mənzil qərargahında baş tutan görüşdə gürcü nazir NATO-ya Gürcüstanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə göstərdiyi dəyişməz dəstəyə görə minnətdarlıq edib.

Görüşdə bölgədə təhlükəsizliklə bağlı vəziyyət və NATO-nun Qara dəniz bölgəsində daha fəal iştirakının əhəmiyyəti müzakirə olunub.

C.Burçuladze bildirib ki, Gürcüstan NATO-ya inteqrasiya yolunda maksimal irəliləyiş əldə etmək üçün Alyansla əməkdaşlıq üzrə bütün mexanizmləri istifadə etməkdə davam edir.

Nazir Gürcüstanın təhlükəsizliklə bağlı ümumi məqsədlərə nail olmaq üçün NATO-nun etibarlı tərəfdaşı olmağa hazırlığını ifadə edib. O, Gürcüstan- NATO uğurlu əməkdaşlığının daha da möhkəmlənəcəyinə ümidvarlıq ifadə edib.

Y.Stoltenberq öz növbəsində Gürcüstanın NATO-ya üzvlüyünü dəstəklədiyini bir daha təsdiqləyib və Əfqanıstanda sülhməramlı missiyaya verilən töhfəyə görə təşəkkür edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA