İtaliya Əfqanıstandakı hərbçilərini çıxarıb

img

30-06-2021 [15:48]


İtaliya Əfqanıstandakı hərbi kontingentini çıxarmaq mərhələsini baş çatdırıb.

 “RİA Novosti” xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Lorenso Querini məlumat verib.

O bildirib ki, iyunun 29-da axşam saatlarında İtaliyanın Əfqanıstandakı missiyası başa çatıb.

L.Querini vurğulayıb ki, beynəlxalq ictimaiyyət, o cümlədən İtaliya hərbçilərinin missiyası başa çatsa da, Əfqanıstanla əlaqələr başqa formada, xüsusilə əməkdaşlıq və respublika institutlarının dəstəklənməsi davam edəcək.

İtaliyanın hərbi kontingenti Əfqanıstana 2003-cü ildən NATO çərçivəsində yerləşdirilmişdi. Son zamanlar İtaliya hərbçilərinin sayı 800-ə yaxın olub.

Xatırladaq ki, ABŞ 2020-ci ilin mayından qoşununu bu ölkədən çıxarmağa başlayıb. Prosesin cari il sentyabrın 11-də başa çatacağı planlaşdırılıb.

ABŞ və NATO-dakı müttəfiqləri 2001-ci ildə Əfqanıstanda hərbi əməliyyata başlayıb. “Məğlubedilməz azadlıq” çərçivəsində aparılan kampaniya 2001-ci il sentyabrın 11-də Nyu-Yorkdakı terror aktına cavab tədbiri olaraq keçirilib. 2015-ci il yanvarın 1-dən isə döyüş əməliyyatlarını “Qətiyyətli dəstək” missiyası əvəz edib/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA