Partiya sədri: "Universitetlərə qəbul imtahanları tamamilə ləğv edilməlidir”

img

29-06-2021 [13:15]


“Artıq universitetə qəbul imtahanlarına neştər vurmağın vaxtıdır. Gəlin, univeristetlərə qəbul imtahanlarını ləğv edək”.

Bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri, deputat Dövlət Bağçalı bildirib.

“Hesab edirəm ki, övladlarımızın həyatını 2 günlük qəbul imtahanına məhkum etmək ədalətlli və doğru deyil. Universitetlərə qəbul imtahanları tamamilə ləğv edilməlidir”, - o partiyasının Türkiyə Böyük Millət Məclisindəki deputat fraksiyasının toplantısında deyib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) Milliyyətçi Hərəkat Partiyası (MHP) ilə Millət İttifaqı adlı birlik yaradıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA