Putinlə Paşinyan Qarabağla bağlı müzakirə aparıb: "Rusiya regionda sabitliyi təmin etmək üçün hərtərəfli vasitəçilik səylərini davam etdirəcək”

img

24-06-2021 [19:39]


Rusiya prezidenti Vladimir Putin ilə Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında baş tutan telefon söhbətində Qarabağla bağlı razılaşmaların icrasına da toxunulub.

Kremlin saytında verilən məlumata görə, Rusiya lideri Paşinyanı rəhbərlik etdiyi “Vətəndaş sazişi” partiyasının erkən seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.

“Dağlıq Qarabağla bağlı fikir mübadiləsi zamanı Rusiya, Ermənistan, Azərbaycan liderlərinin 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli razılaşmalarının davamlı həyata keçirilməsinin vacibliyi vurğulanıb. Rusiya tərəfi regionda sabitliyi təmin etmək üçün hərtərəfli vasitəçilik səylərini davam etdirəcək” – məlumatda qeyd olunub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA