Lənkəranda silahlı insident: iki nəfər güllələndi, qatil tutuldu (YENİLƏNİB)

img

24-06-2021 [21:59]


Lənkəranda qohumlarını qətlə yetirən şəxs saxlanılıb.

Məlumata görə, qətlin ailə münaqişəsi zəminində baş verdiyi söylənilir.

Xatırladaq ki, kənd sakini Seymur Sərraf oğlu Şirinov aralarında yaranan münaqişə zəminində əmisi oğlu Elmar Sərdar oğlu Fərəcova və bibisi nəvəsi Alim Müqabil oğlu Mirzəyevə öv tüfəngindən atəş açaraq qətlə yetirib. Ölənlərin meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib/Report.

****

İyunun 23-ü saat 22 radələrində Lənkəran rayonu Havzava kənd sakinləri Elmar Fərəcov və Amil Mirzəzadənin ölmələri barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Lənkəran Rayon Prokurorluğundan Mia.az-a bildirilib ki, aparılan ilkin araşdırmalarla zərərçəkmişlərin qohumu Seymur Şiriyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Elmar Fərəcov və Amil Mirzəzadəyə odlu silahdan atəş açmaqla onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayəti törədən şəxsin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

Lənkəranda baş verən hadisədə ölənlərin kimliyi məlum olub.

Məlumata görə, hadisəni törədən şəxsin əmisi oğlu Elmar Sərdar oğlu Fərəcov və bibisi nəvəsi Alim Müqabil oğlu Mirzəyevdir.

Qətlin hansı səbəbdən törətdiyi hələlik bilinməyən Seymur Şirinov polis əməkdaşları tərəfindən axtarılır.

Hadisənin meşəlik ərazidə baş verdiyi bildirilib/APA.

***

Lənkəranda iki nəfərin ölümü ilə nəticələnən silahlı insident olub.

Hadisə Havzava kəndində baş verib. İlkin məlumata görə, silahlı insident qohumlar arasında olub.

Yerli sakinlərdən biri (ad və soyadı dəqiqləşdirilir-red) münaqişə zəminində ov tüfəngi ilə əmisi oğlunu və bibisi nəvəsini qətlə yetirib.

İnsidentin təfərrüatları hələ məlum deyil.

Ölənlərin meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib/Report.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR