Zaqatalada qəza: 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb

img

23-06-2021 [17:44]


Zaqatalada baş verən qəza nəticəsində 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Məlumata görə, hadisə Zaqatala-Qandax avtomobil yolunun Qandax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəkidən tütünçüləri gətirən mikroavtobusun qarşısına qoşqulu motosiklet çıxıb. Nəticədə qəza baş verib.

Xəsarət alanlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib/Report.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR