"Araz çayı üzərində Qız qalası su anbarı inşa olunub, buradakı su ehtiyatının 50 faizi Azərbaycanındır"
23-06-2021 [14:06]
“Düşmən əraziləri minalayıb və bu, ciddi təhlükə mənbəyidir”.
Bunu bu gün Ağdam şəhərində səfərdə olan Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri, Baş nazirin müavini Şahin Mustafayev bildirib.
Baş nazirin müavini bu gün də vətəndaşlarımızın, hərbçilərimizin mina partlayışları nəticəsində həlak olduğunu, yaralandığını deyib: “Biz bu məsələni nəzərə almalıyıq. Ərazilər minalardan təmizləndikcə, su təsərrüfatı obyektlərinin də təmiri və bərpası işlərinə başlamalıyıq. Bir sıra su təsərrüfatı obyektlərində artıq minalardan təmizlənmə işləri həyata keçirilib. Məsələn, Xaçınçay kifayət qədər böyük su anbarıdır, 23 milyon kubmetr su tutur və hazırda anbar doludur. Eyni zamanda Köndələnçay üzərində 3 su anbarı var. Prezident İlham Əliyev Aşağı Köndələnçay su anbarında olub, Köndələnçay-1, Köndələnçay-2 su anbarları da var. Bu su anbarları da artıq minalardan tam təmizlənib. Hətta müayinələr də aparılıb. Artıq “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən layihələndirmə işləri aparılır və biz qısa müddətdə təmir-bərpa aparılması üçün bütün işləri görürük”.
Ş. Mustafayev qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı əsas istiqamətlərdən biridir: “Bu baxımdan suvarma suyu ilə təminat prioritet təşkil edir. Bu baxımdan biz əlavə tədbirlər də görəcəyik. Yeni kanalların tikintisi də nəzərdən keçirilir. Məsələn, Araz çayı üzərində Qız qalası su anbarı inşa olunub. 2016-cı ildən İran İslam Respublikası ilə imzalanmış saziş əsasında həm Xudafərin, həm Qız qalası su anbarında 50 faiz pay Azərbaycanındır. Azərbaycanın Qız qalası su anbarından yeni su kanalı tikmək və anbardan saniyədə 50 kubmetr su götürmək hüququ var. Bu məsələyə də baxılacaq. Layihələndirmə işlərinə də başlayacağıq ki, suvarmanın təminatı üçün bu imkanlardan istifadə edək”/APA.
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI