Daha 3 yığma 1/8 finala çıxdı - VİDEO

img

23-06-2021 [09:01]


Futbol üzrə Avropa çempionatının qrup mərhələsində III turun daha 2 oyunu keçirilib.

Mia.az hər iki qarşılaşma D qrupunda gerçəkləşib.

Londondakı "Uembli" stadionunda İngiltərə və Çexiya yığmaları üz-üzə gəlib. Portuqaliyalı referi Artur Diaşın idarə etdiyi qarşılaşma yerli komandanın qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 12-ci dəqiqədə Rəhim Sterlinq vurub. 87-ci dəqiqədə İngiltərə millisi yenidən fərqlənsə də, baş hakim ofsayd qeydə alıb.

Qrupun digər oyununda son dünya çempionatının finalçısı Xorvatiya yığması Qlazqoda Şotlandiya ilə görüşüb. "Hempden Park" stadionundakı matçın baş hakimi argentinalı Fernando Rapallini olub. Görüş Xorvatiya millisinin inamlı qələbəsi ilə yekunlaşıb - 3:1.

İlk yarıda tərəflər hərəyə bir dəfə fərqləniblər. 17-ci dəqiqədə Nikola Vlaşiçin qoluna 42-ci dəqiqədə meydan sahiblərindən Kallum Makqreqor cavab verib. Fasilədən sonra Xorvatiya yığması daha 2 qola imza atıb. Luka Modriç 62-ci, İvan Perişiç 77-ci dəqiqədə Şotlandiyanı məyus edib.

Bu nəticələrdən sonra İngiltərə 7 xalla qrup lideri, Xorvatiya 4 xalla 2-ci yerin sahibi kimi 1/8 finala yüksəlib. Xorvatiyadan yalnız top fərqində geri qalan Çexiya 4 xalla 3-cü yeri tutaraq, öz qruplarını eyni pillədə başa vurmuş Ukrayna və Finlandiyadan daha çox xal toplaması səbəbindən mərhələ adlayıb. Şotlandiya isə 1 xalla qrup sonuncusu olub və mübarizəni dayandırıb.

AVRO-2020

D qrupu

III tur

22 iyun

23:00. Çexiya - İngiltərə - 0:1

Qol: Rəhim Sterlinq, 12

Baş hakim: Artur Diaş (Portuqaliya)

London. "Uembli" stadionu

23:00. Xorvatiya - Şotlandiya - 3:1

Qollar: Nikola Vlaşiç, 17. Luka Modriç, 62. İvan Perişiç, 77 - Kallum Makqreqor, 42

Baş hakim: Fernando Rapallini (Argentina)

Qlazqo. "Hempden Park" stadionu

Xal durumu: İngiltərə - 7, Xorvatiya - 4, Çexiya - 4, Şotlandiya - 1.


Digər xəbərlər
SON XƏBƏRLƏR