Türkiyənin hazırladığı COVİD-19 vaksininə TURKOVAC adı verildi - İlk doza tətbiq olundu

img

22-06-2021 [17:17]


Türkiyənin koronavirus əleyhinə hazırladığı vaksinə TURKOVAC adı verilib.

Mia.az xəbər verir ki, peyvəndin adını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Prezident bildirib ki, üçüncü fazanın ilk tətbiqi ilə birlikdə Türkiyə artıq bu sahədə bir dönəmin qapılarını açır: "Bir neçə həftə ərzində ölkəmizdəki 18 yaşdan yuxarı əhalinin hamısının peyvəndlənməsinə nail olacağıq”.

Xatırladaq ki, bu gün könüllülərə yerli aşının üçüncü fazasının ilk dozası vurulub.


 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA