Samuxda 32 yaşlı kişi güllələnib

img

22-06-2021 [09:48]


Samux rayonunda 32 yaşlı kişini ehtiyatsızlıqdan güllələyən şəxs saxlanılıb.

Məlumata görə, hadisə Samux rayonunun İstixana qəsəbəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1989-cu il təvəllüdlü Taleh Məmmədov "İj" markalı silahla ayağından güllə yarası alıb və o, xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan "Report"a bildirilib ki, hadisə ehtiyatsızlıqdan baş verib.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Samux rayon sakini, 1983-cü il təvəllüdlü Vüsal Əliyev "İj" markalı silahla ehtiyatsızlıqdan Taleh Məmmədovu ayağından vurub.

Daha sonra V.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR