FIFA prezidenti Bakıda: Rövnəq Abdullayevlə görüş keçirilib + FOTO

img

21-06-2021 [09:31]


Avropa çempionatının A qrupunda Bakı Olimpiya Stadionunda təşkil edilmiş İsveçrə - Türkiyə oyununu izləmək üçün Bakıda səfərdə olan FIFA-nın prezidenti Canni İnfantino ilə AFFA prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.

Mia.az AFFA-ya istinadla xəbər verir ki, görüşdə AVRO-2020-nin Bakıda təşkil olunan oyunları barədə fikir mübadiləsi aparılıb.

FIFA-nın prezidenti təşkilati işlərlə bağlı məmnunluğunu bildirib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR