ERMƏNİSTAN MSK İLKİN NƏTİCƏNİ AÇIQLADI: Paşinyanın partiyası qalib gəlib, ermənilər Koçaryana "yox" dedi -  (YENİLƏNİB)

img

21-06-2021 [10:02]


“Ermənistanın Mərkəzi Seçki Komissiyasının yaydığı ilkin məlumatlara görə, “Vətəndaş Razılaşması” Partiyası yeni seçilən parlamentdə 105 yerdən ən azı 71-nə sahib olmaqla konstitusional çoxluğa malik olacaq”.

Mia.az xəbər verir ki, bunu “Vətəndaş Razılaşması” Partiyasının sədri, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan tvitterdə yazıb.

O, “Vətəndaş Razılaşması” Partiyasının təkbaşına hökumət formalaşdıracağını və yeni hökumətə özünün başçılıq edəcəyini bildirib.

***

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyasının ölkədəki seçki məntəqələrinin hamısının hesablanmasından sonra 53,92 % səs topladığı məlum olub.

Mia.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Belə olan halda isə Paşinyanın hökuməti təkbaşına formalaşdırması üçün 0,08 səsi çatmır.

***

Ermənistanda bu gün keçirilən növbədənkənar parlament seçkilərində baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyası qalib olub.

Mia.az xəbər verir ki, bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Bildirilib ki, Paşinyanın rəhbəri olduğu siyasi təşkilat seçicilərin 58,04 %-nin səsini toplayıb.

Siyahıda ikinci yerdə sabiq prezident Robert Koçaryanın "Ermənistan" bloku qərarlaşıb. Onun partiyası seçicilərin 22,01 %-nin səsini qazanıb.

Qeyd edək ki, bunlar ilkin nəticələrdir. Hələlik 2 008 seçki məntəqəsinin 80-də bülletenlər hesablanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR