4 medallı qazimiz ailəsi ilə birgə kirayə qaldıqları evdən çıxarılır

img

20-06-2021 [23:12]


44 günlük İkinci Vətən Müharibəsində qəhrəmanlıq, igidlik nümayiş etdirən, Qələbə və Zəfərimizdə payı, xidməti olan oğullardan, Vətən sevdalılarından biri də Nicat Nahid oğlu Salahovdur…

Əslən Salyan rayonundan olan İgidimiz İkinci Vətən Müharibəsinin ilk günündən, ilk saniyəsindən döyüşlərdə olub, döyüşlərdə iştirak edib, igidliklər, qəhrəmanlıqlar göstərib…

Ailəli və bir uşaq atası olan Nicatın döyüş yolu da uzun və şərəfli olub…

O, cəbhənin Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd istiqamətlərində olub, döyüşüb, ölümlərdən dönüb dəfələrlə…

Hətta ağır döyüşlər zamanı travma alıb, yaralanıb, bədənində hələ də qəlpə gəzdirir…

Göstərdiyi İgidliyə, Qəhrəmanlığa görə, Azərbaycan dövləti, Ali Baş Komandan tərəfindən də dəyərləndirilib, düz 4 medalla təltif olunub…

Haqq edib, Haqq etdiyini də alıb, qazanıb…

Ancaq çox təəssüflər olsun ki, İgidimiz hələ də Bakıda, Nəsimi rayonunda kirayədə yaşayır ailəsi ilə…

Və çox təəssüflər və əfsuslar olsun ki, Qazimiz kirayə yaşadığı evdən çıxarılır ilin, günün bu vaxtında…

Maddi imkansızlıq üzündən kirayə pulunu ödəməkdə çətinlik çəkdiyi üçün Nicat və ailəsi kirayə qaldıqları evdən çölə atılır…

Evin, mənzilin yiyəsi, sahibi də heç bir güzəştə getmək istəmir…

Nicatın maddi durumu isə qeyd etdiyimiz kimi olduqca ağır vəziyyətdədir…

Çox üzücü və narahatedici bir durum, mənzərə…

Ona görə çox yaxşı olardı ki, imkanlı şəxslər, iş adamları, eləcə də dövlət qurumları bu məsələyə əl ata, Qazimizə, Vətən sevdalımıza maddi və mənəvi dəstək ola və onu, xüsusilə, ailəsini bu çətin durumdan qurtaraydılar…

Bu, elə həm Allaha, həm də bəndəyə xoş gedər, gedərdi…

Qazimizə, Vətən sevdalısı İgidimizə, onun ailəsinə kömək əli uzatmaq, dəstək olmaq hər kəsin, hər birimizin borcudur, borcu olmalıdır…

Kimsə bu məsələdə yaxasını kənara çəkməməlidir…

Əlaqə nömrəsi isə budur:0513615819.

Gəlin Qazimizə, onun ailəsinə əl uzadaq, dəstək və kömək olaq!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR