Ermənistan seçicilərinin yarıdan çox seçkilərə qatılmayıb

img

20-06-2021 [22:37]


Ermənistanda bu gün keçirilən növbədənkənar parlament seçkilərində seçici iştirakı 49,4% təşkil edib.

 Ermənistan mediası xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının rəhbəri Tiqran Mukuçyan bildirib.

"1 281 174 insan səs verib", - o, deyib.

Seçkilərdə 25 siyasi təşkilat iştirak edib. Əsas mübarizə baş nazir səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" Partiyası ilə "Ermənistan" blokunu formalaşdırmış sabiq prezident Robert Koçaryan arasında gedib.

Partiya blokları üçün keçid baryeri 7 %, partiyalar üçün 5 % təşkil edir. Qanunvericiliyə görə, parlamentdə azı üç siyasi qüvvə təqdim edilməlidir. Səsvermələrin ilk nəticələri yerli vaxtla saat 00:00-dan sonra açıqlanacaq.

Yekun nəticələr səsvermə günündən sonra yeddinci gün ərzində açıqlanmalıdır.

Parlament seçkilərində bir sıra qanun pozuntuları, hətta silahlı insident qeydə alınıb. Baş Prokurorluq 64 seçki pozuntusunu qeydə alıb, cinayət işi qaldırılıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR