AVRO-2020: Bakıda personajların növbəti paradı keçirilib

img

18-06-2021 [19:19]


Bakıda futbol üzrə Avropa çempionatı ilə bağlı personajların növbəti paradı keçirilib.

Mia.az Report-a istinadla xəbər verir ki, tədbir şəhərin müxtəlif hissələrində baş tutub. Paradda Türkiyə, İsveçrə və Uels yığmalarını təmsil edən rəqqaslar, musiqiçilər, maskotlar və azarkeşlər iştirak edib.

Qeyd edək ki, Bakıda AVRO-2020-nin A qrupunun iki görüşü artıq oynanılıb. Bakı Olimpiya Stadionunda təşkil olunan Uels - İsveçrə matçı 1:1, Türkiyə - Uels qarşılaşması isə 0:2 hesabı ilə başa çatıb. BOS bu qrupun sonuncu - İsveçrə - Türkiyə oyununa, həmçinin 1/4 finalın bir qarşılamasına da ev sahibliyi edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR