Gürcüstanın XİN başçısı: “Azərbaycanla Ermənistan arasında vasitəçilik rolumuzu artıra bilərik”

img

18-06-2021 [15:59]


“Qonşularımız Azərbaycan və Ermənistan arasında vəziyyətin deeskalasiyası üçün Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin vasitəçiliyi ilə mühüm addımlar atılıb”.

Bunu Antalya Diplomatiya Forumuna qatılan Gürcüstanın xarici işlər naziri David Zalkaliani jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu planda Gürcüstanın rolunu və əhəmiyyətini artırmaq üçün imkanlar var.

XİN başçısı forumda çıxışında Cənubi Qafqazdakı son vəziyyət, Gürcüstanın apardığı sülh siyasəti və təhlükəsizlik məsələlərinə diqqət çəkəcəyini qeyd edib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA