SABİQ NAZİR AZADLIĞA BURAXILDI - Keçmiş DİN rəhbərinə isə 11 il cəza kəsildi

img

18-06-2021 [11:55]


Naxçıvanın sabiq təhsil naziri Məmməd Qəribovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məlumata görə, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində M. Qəribova şərti cəza verilib və azadlığa buraxılıb.

Xatırladaq ki, bir müddət əvvəl M. Qəribov və sabiq daxili işlər naziri Əhməd Əhmədov mənimsəmədə ittiham olunaraq həbs olunub.

Ə. Əhmədov məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum edilib/APA.

Qeyd edək ki, Əhməd Əhmədova hökm oxunması barədə ilk xəbəri unikal.org saytı yayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR