Tərtər Məhkəməsinin qarşısında qətl: müəllim arvadını öldürdü +TƏFƏRRÜAT (YENİLƏNİB)
18-06-2021 [12:52]
Tərtər Rayon Məhkəməsinin qarşısında baş verən qəlt hadisəsinin bəzi təfərrüatı məlum olub.
Məlumata görə, öldürülən 1995-ci il təvəllüdlü Arzu Abbasova əslən Samux rayonundandır.
O, 2014-cü ildə qohumu - Tərtər rayon sakini, 1987-ci il təvəllüdlü Anar Əliyevlə evlənib və bu rayonda birgə yaşayıblar. Daha sonra qadın boşanmaq üçün məhkəməyə müraciət edib. Tərtər Rayon Məhkəməsində bu gün boşanma iddiası üzrə növbəti məhkəmə iclası keçirilib. İclasdan sonra Anar Əliyevlə həyat yoldaşı Arzu Abbasova ilə mübahisə edib.
Məlumata görə, Anar Əliyev arvadından boşanmaq istəmirmiş.
Mübahisə zamanı Anar Əliyev bıçağa əl atıb və o, bir neçə bıçaq zərbəsi ilə qadını qətlə yetirib.
Anar Əliyev Şəki rayonunun Sarıca qəsəbəsində yerləşən 123 saylı Kəlbəcər rayon orta məkbəbində ibtidai sinif müəllimi işləyir. O, ötən gün məhkəməyə görə, məktəb direktorunun adına icazə ərizəsi yazaraq, Şəkidən Tərtərə qayıdıb.
Cütlüyün üç azyaşlı oğlan övladı var.
Qeyd edək ki, faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Anar Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib/Report.
***
İyunun 18-i saat 11 radələrində Tərtər rayonu ərazisində 1995-ci il təvəllüdlü Arzu Abbasovanın öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Tərtər Rayon Prokurorluğundan Mia.az-a bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Anar Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Arzu Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Anar Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
***
Tərtər rayonunda qətl hadisəsi baş verib.
Məlumata görə, hadisə Tərtər Rayon Məhkəməsinin qarşısında qeydə alınıb.
Belə ki, Anar Əliyev həyat yoldaşı Arzu Əliyevanı bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib.
Faktla bağlı araşdırma aparılır.
***
Tərtər rayonunda arvadını qətlə yetirən şəxs saxlanılıb.
Hadisədən əvvəl cütlük boşanmaq üçün məhkəməyə müraciət edib.
Tərtər Rayon Məhkəməsində bu gün boşanma iddiası üzrə növbəti məhkəmə iclası keçirilib. İclasdan sonra Anar Əliyevlə həyat yoldaşı Arzu Əliyeva mübahisə edib. Daha sonra kişi ailə münaqişəsi zəminində arvadını öldürüb.
Faktla bağlı araşdırmalar davam etdirilir/Report.
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə
Qəzzada yardım gözləyənlər bombalanıb: 6 nəfər ölüb, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ NAZİRİN OĞLU İSTİNTAQA İFADƏ VERDİ - 400 minlik iddia ilə bağlı sensasion məlumat yayıldı
BRÜSSELDƏ "ÜÇTƏRƏFLİ GÖRÜŞ": ABŞ-ın təşəbbüsü Cənubi Qafqazda gərginliyi artıracaq – TƏHLİL