Mahir Emreli "Legiya"dakı ilk oyununda het-trik edib

img

17-06-2021 [23:56]


Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sının heyətində ilk oyununa çıxıb.

Məlumata görə, 24 yaşlı hücumçu Avstriya Regional Liqasında çıxış edən "Bişofshofen"i ilə yoxlama matçının start heyətində yer alıb. O, ilk yarıda 3:0 hesabı ilə qalib gələn Varşava komandasının hər üç qolunun müəllifi olub. Emreli 6-cı, 22-ci və 36-cı dəqiqələrdə fərqlənib.

Hazırda isə "Legiya" 4:0 hesabı ilə öndədir. Emreli 60-cı dəqiqədə əvəzlənib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR