Baş prokurorluqda yeni qurum yaradıldı - Kamran Əliyev bu deputata yeni vəzifə verdi + FOTO
17-06-2021 [19:30]
Azərbaycan Respublikası Prokurorluğunun başlıca fəaliyyət istiqamətlərindən olan ölkəmizin hüquq ictimaiyyəti, aparıcı elm və təhsil müəssisələri, hüquq mühafizə orqanları akademiyaları ilə əməkdaşlıq əlaqələrinin daha da inkişafına töhfə verən Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.
Mia.az Baş Prokurorluğa istinadla bildirir ki, şuranın iclasında Azərbaycan Prezidenti Administrasiyası, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik, “ADA”, Milli aviasiya akademiyaları, eləcə də digər dövlət orqanları, ali təhsil müəssisələri, Ədliyyə, Polis, Dövlət Təhlükəsizliyi Xidməti, Gömrük akademiyaları, eləcə də İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin nümayəndələri iştirak ediblər.
Elmi-Məsləhət Şurasının iclasını açan Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əlievin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və yenidənqurma prosesləri, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi və bu mühüm sənədin ölkəmiz və bütövlükdə regionumuz üçün əhəmiyyəti, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququnu pozulması, məqsədli şəkildə və geniş miqyasda həm hərbi, həm də mülki şəxslərin həyatına və təhlükəsizliyinə ciddi təhdid yaradan minaların basdırılması məsələsinin davamlı şəkildə beynəlxalq müstəvidə qaldırılması istiqamətində görülən işlər, eləcə də mühüm əhəmiyyət kəsb edən digər məsələlər barədə məlumat verib.
Daha sonra Şuranın iclasında Elmi-Məsləhət Şurasının Anti-korrupsiya Təlim Mərkəzi təsis edilib, Şura üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Elmi-Məsləhət Şurasının Anti-korrupsiya Təlim Mərkəzinin rəhbəri təyin edilib.
Təlim Mərkəzi prokurorluq, digər hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları, özəl sektorda çalışan şəxslər, tələbələr üçün korrupsiyaya qarşı mübarizə, dövlət qulluğu və özəl sektorda dürüstlük, etik dilemmalar, onların həlli yolları, düzgün davranış və s. məsələlərlə bağlı qısa və uzun müddətli təlim, treninqlərin təqdim edilməsi yolu ilə tədris və peşə hazırlığının həyata keçirilməsi məqsədilə yaradılıb.
İclasda “Korrupsiyaya qarşı mübarizəyə dair təlim vəsaiti” (Anti-corruption Training Handbook) və “Dövlət qulluğunda etik təlimə dair vəsait: konsepsiya və təriflər, etik dəyərlər və davranış standartları” (Ethics in Public Service Training Handbook: Concepts and definitions, ethics, values and conduct standards) adlı kitabların təqdimatı keçirilib.
Tədbirdə Hərbi Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi Emil Kərimov tərəfindən müəllifi olduğu “Odlu silahdan istifadə edilməklə törədilən cinayətlər üzrə hadisə yerinə və meyitə baxış keçirilməsinə dair metodik tövsiyə” adlı vəsaitin də təqdimatı keçirilib.
İclas çərçivəsində Baş prokurorun böyük köməkçisi Mahir Abbasov tərəfindən 2000-2020-ci illər ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə istintaqı aparılmış cinayət işləri və araşdırma materialları üzrə tədqiqatın nəticələri təqdim edilmiş, istintaq və məhkəmə təcrübəsinə aid statistik göstəricilər və bununla bağlı təhlillər Şura üzvlərinin diqqətinə çatdırılıb.
Həmçinin, Avropa Şurasının Bakı Ofisinin rəhbəri – səfir Zoltan Hernyeş tədbirə dəvət edilərək qonaq qismində iştirak edib.
Tədbirdə Şura üzvləri arasında geniş müzakirələr və faydalı fikir mübadiləsi aparılıb.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"