“Təhlükəsizliyin 3 istiqaməti üzrə müzakirə aparılacaq" - Rəsmi Moskvadan Qarabağla bağlı açıqlama

img

17-06-2021 [17:05]


Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 21-də Moskvada ATƏT-in Baş katibi Helqa Şmidlə görüşəcək.

Bu barədə Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə çıxışı zamanı bildirib.

“Təhlükəsizliyin 3 istiqaməti – hərbi-siyasi, iqtisadi-ekoloji və insan hüquqları üzrə ATƏT-in fəaliyyətinin geniş spektrli məsələləri müzakirə ediləcək. Regional münaqişələrin həllində bu təşkilatın rolunun müzakirə edilməsi gözlənilir. Tərəflər Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı vəziyyət haqqında fikir mübadiləsi aparırlar. Rusiya ATƏT-in nüfuzunun və səmərəliliyinin artırılmasına tərəfdardır”, - M.Zaxarova qeyd edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA