Türkiyə Prezidenti: "Qaçqınlara yardımla bağlı beynəlxalq dəstək görmədik"

img

17-06-2021 [16:24]


“Terrorçuluğa, PKK/YPG-PYD-dən İŞİD-ə FETÖ-ya qədər terror qruplaşmasına qarşı qətiyyələ mübarizə aparırıq”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 17-də Antalyada keçirilən Cənub Şərqi Avropa Əməkdaşlıq Prosesi Zirvəsindəki çıxışında bildirib.

O, Türkiyədə 3,7 milyon suriyalıya sığınacaq verdiklərini vurğulayaraq qaçqınlarla bağlı beynəlxalq ictimaiyyətdən dəstək görmədiklərini bildirib.

Türkiyə prezidenti 158 ölkə və 12 beynəlxalq təşkilata koronavirusa qarşı mübarizədə dəstək verdiklərinin söyləyb.

Rəcəb Tayyib Ərdoğan Cənub Şərqi Avropa Əməkdaşlıq Prosesi Zirvəsinin 25-ci ildönümü münasibətilə iştirakçıları təbrik edib, gələn ildən təşkilata ev sahibliyi edəcək Yunanıstana uğurlar arzulayıb./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA