"Bu, Ermənistanın həddi deyil" - XİN sözçüsü

img

16-06-2021 [11:01]


Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb.

Mia.az Leyla.Abdullayevaya ünvanlamış sualı və XİN sözçüsünün cavabını təqdim edir:

- Ermənistan XİN-i Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşa səfərini şərh edərək, bu səfəri sülh və təhlükəsizliyə təxribat kimi qiymətləndirib və “Türk-Azərbaycan təcavüzü” ifadəsini işlədib. Bu açıqlamaya münasibətinizi öyrənmək istərdik.

- Öncə qeyd etmək istərdik ki, qonşu ölkələrin rəhbərlərinin səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil.

Qeyd etdiyiniz açıqlamaya gəldikdə isə, hazırda Ermənistan XİN-də rəhbərliyin olmadığını nəzərə alaraq, bu qurumda qalanların və bu açıqlamanı hazırlayanların nəzərinə çatdırmaq istərdik ki, ölkə əz ərazilərini işğal edə bilməz, yalnız işğaldan azad edər. Elə 44 günlük Vətən müharibəsi nəticəsində də Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və ərazi bütövlüyünü təmin etdi.

Ermənistan XİN-inə öz ölkələri də daxil olmaqla, üç ölkə liderləri tərəfindən imzalanmış birgə bəyanatlarla yaxından tanış olmalarını, bu bəyanatların icrasına yönəlik addımlar atmalarını tövsiyə edirik. Ermənistanın illüziyalara söykənərək deyil, real vəziyyəti dərk edərək davranması gərəkdir. Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşada imzaladığı Birgə Bəyannamə də məhz sülh və təhlükəsizliyin, yeni əməkdaşlıq imkanlarının təşviq edilməsinə yönəlib.


Digər xəbərlər
SON XƏBƏRLƏR