ƏRDOĞAN MİLLİ MƏCLİSDƏ DÜNYAYA MESAJ VERDİ: "Bütün dünya bilsin ki..." - "Bölgədə düşmənçilik ortadan qalxmalıdır"
16-06-2021 [16:15]
Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının xüsusi iclası keçirilib.
Mia.az xəbər verir ki, iclasda Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib
***
“Azərbaycanlı qardaşlarımızla üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq. Canı yananlar, qanı tökülənlər, maddi və mənəvi ziyan çəkənlər sadəcə Qarabağda yaşayan insanlardır. Asan deyil, 30 il”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 30 ildən sonra işğal altında olan torpaqlar sahiblərinə qovuşdu: “Böyük bir liderlik göstərərək bu zəfəri Azərbaycana qazandıran Ali Baş Komandan İlham Əliyevi bir daha təbrik edirəm".
***
“Gözlərini qırpmadan Vətən üçün qəhrəmancasına mübarizə aparan Azərbaycan Silahlı Qüvvələrini təbrik edirəm”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Türkiyə müharibə zamanı Azərbaycanın yanında idi: “Bu gün də Azərbaycanın yanındayıq. Bütün dünya bilsin ki, sabah da Azərbaycanın yanında yer alacağıq. Necə Çanaqqalada Azərbaycan igidləri bizim yanımızda olub zəfər qazanıblarsa, Nuru Paşa Azərbaycanın yanına gəlibsə, biz də gələcəkdə bir və bərabər olacağıq. Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimiz, azadlığı isə azadlığımızdır".
***
“Qarabağı, işğal altındakı digər torpaqları dağıdanları görməyənlər azadlıq mübarizəsi üçün səfərbər olmuşdular. Gəlsinlər, Qarabağı, Füzulini görsünlər. Dünən oraları gördük. Onlar gələn zaman işğalçı, gedən zaman isə tar-mar edənlərdir”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, azərbaycanlılar Qarabağdan çıxmaq məcburiyyətində qalanda heç bir yeri dağıtmadılar: “Amma onlar hər yeri dağıtdılar. Onların dağıtdıqları yerləri Azərbaycan yenidən inşa edir. Birlikdə oraları inşa edəcəyik və yeni Qarabağ ortaya gətirəcəyik”.
***
“Qarabağ dünyanın ən gözəl yeri olmaqla yanaşı, mədəniyyət yerlərindən biri idi. İnşallah, yenə həmin hala gətirəcəyik. Dünən qardaşımla birlikdə Şuşada idik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Şuşa bir sənət akademiyası kimi sənətin ən yüksək səviyyədə yaşadıldığı yer olub:
“Şuşa ədəbiyyatın mərkəzi vəzifəsini qoruyub. Bu şəhər dahi bəstəkar Üzeyir Hacıbəylinin, Bülbülün, Natəvanın və digər şairlərin yurdudur. Bu gün Şuşa ayağa qalxır. Şuşanın mədəniyyət paytaxtı elan edilməsi bu mənada dünyaya verilən açıq mesajdır.
Gələn il Şuşanın türk dünyasının mədəniyyət paytaxtı olmasından şərəf duyarıq. Əlbəttə, Şuşa, Qarabağ deyil, türk dünyasının bütün yerləri böyük şəxsiyyətlər yetişdirib”.
***
“Qarabağ Zəfərindən kimsə narahat olmasın. Çünki bu Zəfər ədalətin, barışın, qəlbin Zəfəridir”.
Bunu Türkiyə Prezidenti Rəcəb tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Qarabağın hər küncünə sükut və ümid hakim olub:
“İnşallah sonrakı gəlişimizdə evlərindən didərgin düşən insanların yerlərinə qayıdışının sevincini yaşayacağıq. Onlara mən də çağırış edirəm. Sizin evləriniz bərpa olunur. Bir müddət sonra evinizə qayıdacaqsınız”.
***
“Zəngəzur dəhlizindəki dəmiryolu ilə ermənilər də Moskvaya gedə biləcəklər. Beləcə, onlar blokadadan çıxacaqlar”.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bölgədə düşmənçilik ortadan qalxmalıdır: “Mən bura NATO Zirvəsindən gəldim, vacib görüşlər keçirdim. Dünyanın problemləri bitməyib. Amma bir olsaq, bunları həll edərik”.
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb