Bayden: "Putin ağıllı, sərt və deyərdim ki, ləyaqətli rəqibdir"

img

15-06-2021 [00:55]


ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini ləyaqətli rəqib, ağıllı və sərt siyasətçi hesab edir.

TASS xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə NATO sammitinin başa çatmasından sonra Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

"Mən artıq onunla görüşmüşəm. O ağıllı, sərt və deyərdim ki, ləyaqətli rəqibdir", - Bayden deyib.

ABŞ prezidenti Putini qatil hesab etməkdə davam etməsi barədə suala birbaşa cavabdan yayınıb.

Bayden Cenevrədə keçiriləcək görüşdə Putinə ABŞ-Rusiya arasında mümkün əməkdaşlıq sahələrini izah etmək niyyətindədir.

"Mən prezident Putinə hansı sahələrdə əməkdaşlıq edə biləcəyimizi izah etməyə hazırlaşıram", - Ağ Ev rəhbəri əlavə edib. O, qeyd edib ki, Cenevrədəki sammit "kritik əhəmiyyətli görüş" olacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR