NATO Əfqanıstandan çıxdıqdan sonra yerli hərbçilərə təlim keçməkdə davam edəcək

img

14-06-2021 [13:21]


ABŞ və “Taliban” hərəkatı arasında bağlanmış müqaviləyə uyğun olaraq qoşunlar Əfqanıstandan çıxarıldıqdan sonra NATO əfqan hərbçilərə təlim keçməkdə və ölkədə nəqliyyat infrastrukturunu inkişaf etdirməkdə davam edəcək.

Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq alyansın zirvə görüşünün açılışından öncə jurnalistlər qarşısında çıxış edərkən məlumat verib.

“NATO Əfqanıstanı atıb getməyəcək. Qoşunlar çıxarıldıqdan sonra biz əfqan hərbçiləri hazırlamaqda və Əfqanıstanın nəqliyyat infrastrukturunu, xüsusilə də hava limanlarını inkişaf etdirməkdə davam edəcəyik”, - baş katib bildirib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR