ABŞ dövlət katibinin müavini Yerevanda: Paşinyanla Qarabağla bağlı müzakirə aparılıb

img

10-06-2021 [14:35]


Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan iyunun 10-da ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Məlumatı “Novosti Armeniya” yayıb.

Tərəflər Ermənistandakı vəziyyəti, Qarabağ məsələsini, 2020-ci il noyabrın 10-dan sonra Azərbaycan ərazisinə təxribat-diversiya törətmək məqsədi ilə keçdikləri üçün tutulan erməni hərbçilərlə bağlı məsələni müzakirə ediblər.

Qeyd edək ki, F.Riker Yerevandan əvvəl Tbilisi və Bakıda səfərdə olub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA