Yəməndə 11 jurnalist qiyamçılarla terrorçuların girovudur

img

10-06-2021 [12:47]


Yəməndə İranın dəstəklədiyi husi qiyamçıları və terrorçu “əl-Qaidə” 11 jurnalisti girov saxlayır.

“TRT Haber” xəbər verir ki, bu barədə Yəmən Jurnalistlərinin Həmkarlar Təşkilatının “Yəmən mətbuatı günü” ilə bağlı yazılı açıqlamasında bildirilib.

“Yəməndə mətbuatı günüdür. Ancaq 11 jurnalist həmkarımız hələ də husilərlə “əl-Qaidə”nin əlindədir”, - açıqlamada vurğulanıb.

Qeyd olunub ki, KİV nümayəndələrindən 10-nu husilər, birini isə Hadrtamvet vilayətində “əl-Qaidə” girov götürüb.

Açıqlamada həmçinin bildirilib ki, ölkədə vətəndaş müharibəsi başladığı 2014-cü ildən indiyədək media orqanlarına və jurnalistlərə qarşı 1400-dən çox qanun pozuntusu törədilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR