LONDONDA 10 MİLYONLUQ VİLLA, BİZNES ŞƏBƏKƏSİ... - Sabiq nazir oğlunu ölkə vətəndaşlığından niyə çıxarıb? + VİDEO

img

10-06-2021 [10:10]


Bloger Mehman Hüseynov Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, əsasən də qurumun Mənzil Komunal Təsərrüfatı Departamentin rəisi Rəfail Mehrəliyevlə bağlı sensasiyalı faktlarından sonra bu dəfə sabiq K\nd təsərrüfatı naziri və Baş nazirin müavini İsmət Abbasovdan maraqlı video-görünütü yayıb.

Mia.az xəbər verir ki, Mehman Hüseynov yaydığı video-çıxışda  sənədlərə istinadla sabiq nazir İsmət Abbasovun Londondakı 10 milyonluq villasından, oğlunun adına olan biznesdən söz açıb: “Keçmiş Korrupsioner” anlayışı yoxdur! Biz onu görsədirik ki, bu adamlar yüksək vəzifələrdə olarkən cinayətlər törədib və cəzasız qalıblar...

Öz yaşayışınıza baxın, eviniz neçə otaqlıdır? Övladlarınıza nə qoyub gedəcəksiz? Sabahı yola vermək üçün cibinizdə heç olmasa 4-5 manat pul var? Nazir oğlunun təkcə bir şirkətində 30.000.000 (milyon) manatı var.

Maraqlısı bilirsiz nədi? Bu korrupsionerlər milyonları Azərbaycanda “qazansalar” da, sərvətlərini bura etibar etmirlər. Nə yığırlarsa, xaricə daşıyırlar. Və daha bir maraqlı fakt odur ki, bizim məmurların övladları Azərbaycan vətəndaşlığından imtina edib, xarici vətəndaşlıq alırlar. Çoxusu Britaniya vətəndaşıdır

Birdəki fikir vermişəm, keçmiş məmurların hamısı vəzifələrini itirəndən sonra namaz qılmağa başlayırlar. Yüksək vəzifələrdə olanda xalqın qanını içirlər, vəzifəni itirəndən sonra isə imana gəlib günahlarını yuyurlar".

İ.Abbasov və oğlu ilə bağlı detallı məlumatlar aşağıdakı videoda:


Digər xəbərlər
SON XƏBƏRLƏR