Qüdrət Həsənquliyev: "Planın açıqlanmaması təxribatlara yol açır"

img

08-06-2021 [11:52]


Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev hökumətin işğaldan azad olunmuş ərazilərə əhalinin qaytarılması ilə bağlı planının olub-olmadığını sual edib.

Mia.az xəbər verir ki, o, belə planın açıqlanmamasının təxribatlara, şayiələrə yol açdığını vurğulayıb: "Hökumət minalardan təmizlənmənin nə qədər çəkəcəyi barədə ictimaiyyətə açıqlama verməlidir. Uzun müddətdir, minalanmış ərazilərin xəritələrini tələb edirik. Amma biz erməni xislətinə bələdik. 30 il tələb etdik ki, işğal etdikləri ərazilərdən çıxsınlar, çıxmadılar. Bir 30 il də minalanmış ərazilərin xəritələrini tələb edəcəyik? Hökumət görüləcək işləri, əhalinin işğaldan azad edilmiş ərazilərə hansı mərhələlərlə qaytarılacağını açıqlamalıdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA