BAKIDA MÜAYİNƏDƏN KEÇİRİLƏN ŞƏXS QADIN HƏKİMİ BELƏ VURDU: "Cinayət işi açıldı" - VİDEO (YENİLƏNİB)

img

08-06-2021 [15:31]


Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertinə qarşı xuliqanlıq faktı üzrə cinayət işi başlayıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Bərdə rayon sakini, 1963-cü il təvəllüdlü Şamayıl Mustafayev heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq agentliyin həkim-ekspertini yumruqla vuraraq ona müxtəlif dərəcəli yüngül bədən xəsarətləri yetirib.

İstintaq tədbirlərilə hadisə yerinə baxış keçirilib, xəsarət alan həkim-ekspert zərərçəkmiş şəxs qismində tanınıb, məhkəmə tibb ekspertizasının rəyi və şahidlərin ifadələri alınıb.

Binəqədi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsilə başlayan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

***

Saxta əlilliyi ifşa olunan “müharibə əlili”nin həkim-ekspert qadını döyməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Mia.az-a bildirilib ki, əyani müayinə zamanı müharibə ilə əlaqədar əlilliyinin saxta olduğu aşkar edilən Bərdə rayon sakini Mustafayev Şamail Hümbət oğlunun müayinəni həyata keçirən komissiyanın üzvü həkim-ekspert qadını döyməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib.

Bildirilib ki, əlillik təyinatı sisteminin şəffaflaşdırılması tədbirləri davam etdirilir. Əvvəlki dövrlərdə hərbi səbəblərlə əlaqədar saxta əlillik təyinatları aşkara çıxarılaraq ləğv edilir, saxta “müharibə əlili” statusu adı altında müharibə əlillərinin haqqına girənlərin qeyri-qanuni sosial ödənişlər almasının qarşısı alınır:

"Bu məqsədlə aidiyyəti qurumların və qeyri-hökumət təşkilatları nümayəndələrinin də iştirakı ilə əyani müayinələr (videoçəkilişləri də aparılmaqla) keçirilir.

Son əyani müayinələrin birində Ş.Mustafayevin 2016-cı ildə Bərdə Rayon Mərkəzi Xəstəxanasının onun barəsində rəsmiləşdirdiyi göndərişdəki diaqnoz (“kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri, postravmatik ensefalopatiya” və s.) təsdiqini tapmayıb. Ümumiyyətlə onun sağlamlıq durumunda heç bir əlillik əlaməti olmadığı və beş il əvvəl "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" ona aparılmış ikinci dərəcə əlillik təyinatının da saxta olduğu müəyyən edilib.

Müayinə zamanı Ş.Mustafayev gözlənilmədən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qadın həkim-ekspertinə hücüm edərək onu yumruq zərbələri ilə döyməyə başlayıb və nalayiq ifadələr işlədib. 

Ötən dövrdə saxta, “müharibə əlili” statusu adı altında, haqqı çatmadan dövlətdən pensiya və təqaüd formasında hər ay 1300 manatdan yuxarı sosial ödəniş alan Ş.Mustafayevin hərəkətinə hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə müraciət olunub".

img

Digər xəbərlər
SON XƏBƏRLƏR