XİN Pakistana başsağlığı verdi: "Xəbər bizi dərindən kədərləndirdi"

img

07-06-2021 [10:52]


Azərbaycanın Xarici İşlər Nazirliyi Pakistanda onlarla insanın ölümünə səbəb olan qatar qəzası ilə bağlı başsağlığı verib.

Mia.az xəbər verir ki, başsağlığı mətni nazirliyin tvitter səhifəsində yayılıb: “Pakistanın Qotki bölgəsində baş verən ölümcül qatar qəzası ilə bağlı xəbər bizi dərindən kədərləndirdi. Həyatını itirmiş 30-dan çox sərnişinin ailəsinə dərin hüzünlə başsağlığı diləyirik. Yaralananların hamısının tez bir zamanda sağalmasını arzulayırıq. Düşüncələrimiz və dualarımız qardaş Pakistanladır”.

Qeyd edək ki, Pakistanda iki qatarın toqquşması nəticəsində 36 nəfər ölüb, 50-dən çox yaralı var.


Digər xəbərlər
SON XƏBƏRLƏR