BAKIYA AYRILAN MİLYONLAR... - İcra Hakimiyyətinin vəzifəli şəxslərinin ailə üzvlərinin adına açılan MMC-lərlə sensasiyalı oyunlar + VİDEO

img

05-06-2021 [12:06]


Bloger Mehman Hüseynov Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, əsasən də qurumun Mənzil Komunal Təsərrüfatı Departamentin rəisi Rəfail Mehrəliyevlə bağlı sensasiyalı faktlar açıqlayıb.

Mia.az xəbər verir ki, Mehman Hüseynov yaydığı video-çıxışda ilk olaraq Bakı meri Eldar Əzizovun sələfi Hacıbala Abutalıbovdan sonra R.Mehrəliyevə niyə etimad göstərilməsinin ciddi sual doğurduğunu vurğulayıb.

O, daha sonra adıçəkilən rəisin yaşadığı mənzilldə qeydiyyatda alınan MMC-lərdən söz açıb. Bəlli olub ki, R.Mehrəliyevin xanımı Almaz Səfərovanın və yeznələrinin adlarına olan MMC-lər Bakıda dəyəri milyonları aşan müxtəlif tenderlərin qalibləri olub.

M.Hüseynov həmin şirkətlərin adlarını, hüquqi ünvanlarını, hesablarına köçürülən milyonlarla vəsaitin məbləğlərini sadalayıb, şok iddialar səsləndiirb.

Bu və ya digər məqamlarla bağlı bir neçə gün çalışsaq da, R.Mehrəliyev və adları hallanan şxslərdən münasibət öyərnmək mümkün olmayıb.

Onların hər birinin bu iddialara münasibətinə yer ayırmağa hazırıq.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR