İcra katibliyinin bütün əməkdaşları vəzifədən azad olunub - Yeni icraçı direktordan açıqlama

img

04-06-2021 [12:49]


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yeni rəhbərliyi hazırda qurumda təhvil-təslim, əməkdaşların təyinatı ilə bağlı işlər həyata keçirir.

Məlumata görə, keçmiş Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bazasında formalaşan Agentlik əvvəlki icra katibliyinin bütün əməkdaşlarını buraxıb və hazırda yeni komanda yığılır.

Bu haqda Modern.az-a qısa açıqlama verən Dövlət Agentliyinin yeni təyin olunmuş icraçı direktoru Fuad Dərgahlı qeyd edib ki, hələ ki, geniş danışa bilməz: “Təyinatım bu yaxınlarda olduğu üçün hələlik geniş açıqlama verə bilmərəm. Hazırda Agentlikdə rəsmiləşmə işləri gedir. Yaxın günlərdə mətbuata agentlikdə olacaq yeniliklər barədə məlumat veriləcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA