AzTV ilə AZƏRTAC-ın İŞÇİLƏRİ KƏLBƏCƏRDƏ MİNAYA DÜŞƏRƏK HƏLAK OLDULAR - Yaralılar var + FOTO/VİDEO

img

04-06-2021 [12:45]


Azərbaycanda jurnalistlər minaya düşüb.

Mia.az xəbər verir ki, bu barədə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunun Susuzluq kəndində xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar: "AzTV-nin rejissoru Emil Məmmədov, avtobusun sürücüsü və kənd sakini yaralanıb.

Baş verən hadisənin erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsi olduğu qeyd edilib.

Hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı veririk".

Allah rəhmət eləsin!

img
Digər xəbərlər
SON XƏBƏRLƏR