Rəsmi Parisin İrəvanı dəstəkləməsinin görünməyən tərəfləri... - Zahid Orucdan şərh + VİDEO
04-06-2021 [00:27]
Fransa Prezidenti Emanuel Makron Ermənistan baş naziri vəzifsini icra edən Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistan arasında atəşkəsə riayət olunması, bütün saxlanılanların, o cümlədən hərbi əsirlərin azad olunması, tərəflər arasında gərginliyin aradan qaldırılması, Azərbaycanın Ermənistan ərazisini tərk etməsi kimi fikirlər səsləndirib və Fransanın Ermənistan ilə həmrəy olduğunu bildirib.
Makronun səsləndirdiyi bəzi qərəzli fikirlərə Azərbaycandan reaksiya da gəldi. Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Prezidentinin açıqlamalarına münasibət bildirdi.
Mia.az xəbər verir ki, Real TV bu barədə millət vəkili Zahid Oruca belə sual ünvanlayıb:
- Zahid müəllim, Makronun son vaxtlar belə fəallaşmasına səbəb nədir? Fransada yaxınlaşan prezident seçkiləri bu fəallığa səbəb ola bilərmi?
- Mütləq elədir. Ancaq, son bir ilin münasibətlərinə baxsaq, Fransa qlobal liderlik fonunda, o cümlədən Avropa Birliyi məkanında aktiv şəkildə öz mövqelərini qoruyub saxlamaq, həm də ölkə daxilində yetərincə böyük ictimai müqaviməti qırmaq və Makronun liderliyi altında Fransanın öz mənafeləri üzərində fəaliyyətlərini uğurla davam etməyə çalışırdı. Ancaq onun Qafazlardakı proseslərdə, xüsusilə də Ermənistan-Azərbaycan münaqişəsi zamanında prosesə aktiv müdaxiləsi bir neçə amillə bağlı idi.
Birinci növbədə onlar istəyirdilər ki, Türkiyənin regionda rolunu bu və ya digər formada azaltsınlar ki, Rusiyanın bölgədə aktiv rol almasını hansısa formada əngəlləsinlər və ona görə də aktiv olaraq telefon danışıqları Putinlə aparılmaqda idi. Ancaq mən istəyərəm ki, bu səfərə biz hansı konteksdə qiymətləndirməyimizi cəmiyyətlə bölüşək. Birinci növbədə gəlin baxaq, bu 20 iyun qarşısında, seçkilər qarşısında bu səfər aktiv şəkildə erməni xalqının iradəsi yoxdur, onun taleyi kənardan müəyyənləşir fikrinin təsdiqi deməkdir. Namizədlər bu və ya digər paytaxtlara ardıcıl səfərlər edirlər. Xüsusilə də bu müharibədəki məğlubiyyətədən sonra hansısa paytaxtlardan Ermənistanın siyasi gələcəyini müəyyənləşdirmək tapşırığı, direktivi və yaxud qərarı kimi görünür. Belə olan təqdirdə Fransanın addım atması faktiki olaraq Ermənistandaxili siyasi gərginliyi bir qədər də artırır. Çünki digər namizədlər bunu yaxşı qarşılamayacaqlar və qarşılamırlar da. Lakin məsələnin ən önəmli tərəfi Fransada yaşayan ermənilərin reaksiyalarıdır.
Onlar Papazyanın, onların diaspora rəhbərinin dili ilə söylənilsə buna kəskin etiraz edərkən dedilər ki, məğlub olan şəxs elə hər yerdə məğlubdur.Yəni o İrəvanda da elədir, Parisdə də elədir. Səfirliyin yanında buna çox kəskin etirazlarını bildirdilər, ifadə etdilər. Çox kiçik bir qrupla görüş oldu. Diaspora dedi ki, bu onların iradəsini əks elətdirmir. Fransa əslində bununla göstərmək istəyir ki, o yenə də dünya liderlərindən biridir. Bunlara o lazımdır. Paşinyan həm Parisdə, ondan sonra Belçikada, Avropa Birliyi məkanında görüşlərlə göstərmək istəyir ki, o hələ də Qərb tərəfindən qəbul olunur.
Onun gələcəyinə inanırlar, Avropa dövlətləri Paşinyan hakimiyyətinin davam etməsində maraqlıdır və s. Bu özlüyündə bir daha göstərir ki, seçki hadisəsini ölkənin daxilindən çıxarır. Keçmişdə də zatən başqasını görməmişdik. Bu ən azı son 3 ildə deyilən təbliğatın, demokratik hakimiyyətin dünyada tanınması ideyası tamamilə iflasa uğrayır.
Digər tərəfdən, Sarkisyan və Koçaryan bu məsələ ilə bağlı kəskin etirazlarını bildirərkən deyirlər ki, Abovyan küçəsində soyuducuda qoyub, ciddi təhlükələr qarşısında, Azərbaycanın mövqeyini özləri üçün təhlükə sayıbda bu vəziyyətdə səfər açıq-aşkar antierməni maraqları güdür. Bunu da dilə gətirirlər. Buna qədərki dövrdə Fransanın Azərbaycanla nisbətən arxa planda, nisbətən belə deyək alt qatda gedən Fransanın həmişə ermənipərəst mövqeyinin bu dərəcədə aşkar mövqeyə çıxmasının başlıca səbəbi ondan ibarətdir ki, Prezident İlham Əliyev müharibə dövründə Azərbaycan xalqının 10 illər ərzində bu işğal reallığının kəskin şəkildə siyasi, diplomatik savaşda da millətimizin maraqlarını qoruya bildi, Fransa rəhbərinə çox kəskin reaksiyasını göstərdi, diplomatik siyasi davanı uddu. Buna görə də biz savaşı qazana bildik. Bunu onlar həzm etmək istəmirlər. Yəni, Ermənistanın məğlubiyyəti onların gözündə həm də Fransanın məğlubiyyətidir.
Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşdi
Azərbaycan nefti çox cüzi bahalaşıb
PEZİDENT XALQA MÜRACİƏT ETDİ - TAM MƏTN + VİDEO
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb