Sabiq məmurlar: kim, harada və nə edir?
03-06-2021 [11:44]
Azərbaycanda uzun müddət vəzifədə olan, hər zaman haqqında çıxan xəbərlərlə, verdiyi açıqlamalarla gündəm yaradan məmurlar uzun müddətdir səssizliyi pozmurlar. Cəmiyyətdə korrupsioner və oliqarx kimi fenomenə çevrilən bu şəxslər hər nə qədər sabiq statusu qazansalar da, insanlara onların hazırkı həyatı da maraqlı gəlir.
Vəzifədən çıxarıldıqdan sonra da adı medianın gündəmindən düşməyən sabiqlərdən biri keçmiş nəqliyyat naziri Ziya Məmmədovdur. O, işdən çıxarılandan sonra müxtəlif obrazlarla, maraqlı açıqlamalarla gündəmə gəldi. Sabiq nazir gah şeir yazdı, gah namaz qılıb ibadət etməsi ilə bağlı açıqlama verdi. Onun bu açıqlamaları hər dəfə böyük səs-küyə, müzakirəyə səbəb oldu.
Qeyd edək ki, ölkənin ən varlı oliqarxlarından biri olmuş Ziya Məmmədov 2017-ci ildə postunu itirib, onun uzun illər rəhbərlik etdiyi sahədə yol verilmiş korrupsiya əməlləri ilə bağlı araşdırmalar yenilənib. Son olaraq isə Ucar rayonunda kənd təsərrüfatı ilə məşğul olduğunu, bir fermer həyatı yaşadığını bildirmişdi: “Mən Ucardakı evimdəyəm, kənd təsərrüfatı ilə məşğulam, əkib-becərirəm. Artıq mənim başqa fəaliyyət növüm yoxdur. Rayonda arpa, buğda, yonca əkirəm. Mal-qaram var, dolanmaq lazımdır. İndiki dövrdə dolanmaq asan deyil. Təsərrüfatımda insanlar işləyir. Bu həmin ərazidə yaşayan insanların işlə təmin olunmasına dəstəkdir. Mən təbiətcə bekar qalmağı xoşlayan adam deyiləm. İşləmək istəyən insanlar üçün gözəl şərait qurulub. Cənab Prezidentə bu cür şərait qurduğuna görə təşəkkür edirəm”.

Bundan başqa, Ziya Məmmədovun oğlu Anar Məmmədovla birlikdə gah Koronavirusla Mübarizə Fonduna, gah Silahlı Qüvvələrə Yardım Fonduna ianə etməsi ilə bağlı da xəbərlər mətbuatda gedir.

Ziya Məmmədovun məşhur qudası, keçmiş kənd təsərrüfatı naziri, hazırda Dəniz Akademiyasının rektoru olan Heydər Əsədov da zamanında gündəmi az məşğul etmədi. Onun mülkləri ilə bağlı materiallar zaman-zaman mətbuatda yayılır. Axar.az yazır ki, Heydər Əsədovun Rəsulzadə qəsəbəsindəki villalarından biri 5 mərtəbəlidir. İddiaya görə, tikintisi 6 milyon manata başa gələn bu villa 20 sot torpaq sahəsinin içərisində tikilib. Sabiq nazirin “Milyonerlər məhəlləsi”ndəki 3 mərtəbəli digər villasının isə 2 milyona başa gəldiyi qeyd edilir. Bundan başqa, Heydər Əsədovun Londonda xeyli mülkü və bahalı avtomobilləri olan Asif Əsədzadə adlı oğlu bir müddət əvvəl xarici mətbuatda London küçələrində Azərbaycana məxsus 90 HO 505 dövlət nömrə nişanlı “Porşe” markalı avtomobillə şütüməsi ilə gündəmə gəlmişdi. Heydər Əsədovun hazırda harada olması və “nə işlə məşğul olması” ilə bağlı ətraflı məlumatı isə blogger Mehman Hüseynov üzə çıxartmışdı. Onun araşdırmasına görə, 3 ildir Dəniz Akademiyasını təmir etdirən və tender maxinasiyaları ilə milyonlarla manatı mənimsəyən Heydər Əsədov milyonlarla dolları övladlarının əlləri ilə ölkədən çıxarır. Onun üç övladı var: Vaqif, Asif və Fəridə. Hər üç övladı bizneslə məşğuldu. Hər üç övladı dəbdəbəli həyat yaşayır. Hər üç övladının xarici vətəndaşlığı var. Heydər Əsədov da Bakıda dəbdəbəli həyat yaşayır.

İllər öncə vəzifədən çıxarılan, lakin törətdiyi əməllərlə təkrar-təkrar gündəmə gələnlərdən biri də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədri Arif Əsgərovdur. O son olaraq baldızı oğulları ilə öz oğlu Elnar Əsgərov arasındakı qalmaqalla gündəmə gəlmişdi. Musavat.com-un yazdığına görə, A.Əsgərovun baldızı oğulları Rahib və Emin Hüseynov qardaşları bir neçə ildir həbsdədir.
Ortaya çıxan fakt isə odur ki, Hüseynov qardaşlarından Rahib məhkəməsi davam edən ərəfədə ona vəkillik edən qadınla evlənib. Rəsmi nikah bağladıqdan sonra əmlaklarını onun adına keçirib. Sonra isə həmin qadın tərəfindən dələduzluğa məruz qalıb. Qeyd edək ki, Arif Əsgərov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri olanda onun oğlu Elnar Əsgərov xarici ölkələrdən mal gətirərək atasının rəhbərlik etdiyi bu quruma satırmış. Xaricdən alınan mal QSC-yə dəyərindən 5-6 dəfə baha satılaraq dövlət büdcəsindən milyonlarla manat silinib. Elnar Əsgərov bu biznesini böyütmək üçün ayrı-ayrı şəxslərdən pul alaraq onları da bu işə şərik edib. Uzun illər bu sistemlə milyonlar qazanıblar. Amma sonradan işlər elə gətirib ki, alınan pullar geri qaytarılmayıb və pul sahibləri şikayətlər edib.

Bu zaman Elnar Əsgərov pulları özünün yox, xalasının oğulları Emin və Rahib tərəfindən ələ keçirildiyini deyib. Qardaşlar ortaya konkret faktlar qoysalar da, Hüseynov qardaşları dələduzluq və mənimsəmə ittihamları ilə həbs ediliblər. Elnar Əsgərov isə məhkəmədə yalnız şahid kimi ifadə verərək xalasının oğlanlarını günahkar göstərib. Qardaşlara ikinci zərbəni isə vəkil qadın vurub.
Göründüyü kimi, korrupsioner məmurlar və onların övladları istər vəzifə müddətində, istərsə də vəzifəsini itirdikdən sonra heç vaxt müsbət bir informasiya ilə, normal bir əməllə gündəmə gəlmir, həmişə adları müxtəlif qalmaqallarda, qara işlərdə çəkilir.

Barəsində tez-tez müxtəlif xəbərlər yayılan sabiqlərdən biri də uzun illər vergilər naziri vəzifəsində işləmiş Fazil Məmmədovdur. Onun səsi gah bahalı xəstəxanalardan gəlir, gah da adı hansısa imarətdə kef içində yaşaması barədə xəbərlərdə hallanır. Son bilgilərə görə, F.Məmmədov səksəkə içində yaşayır. Belə ki, Fazil Məmmədova yaxınlığı ilə seçilən şəxslərin barəsində araşdırma aparılması sabiq nazir üçün böyük başağrısına çevrilib. Söhbət Londonda gizlənərək, Azərbaycanda hüquq-mühafizə orqanlarından qaçan “ATABank”ın rəhbəri Qafar Qurbanovun qaranlıq əməllərindən gedir. Fazil Məmmədovun büdcədən mənimsədiyi milyonların xaricə çıxarılmasında Qafar Qurbanovun xüsusi rolu olduğu bilinməkdədir. Səlim Müslümovun həbsindən sonra Fazil Məmmədovun da qandallanacağı deyilir. Sabiq nazirin əlbirlərindən olan Şəmkir rayon icra başçısı Alimpaşa Məmmədovun həbsindən sonra bu təhlükənin daha da artdığı deyilir. Düzdür, indiyədək mediada F.Məmmədovla Alimpaşanın münasibətlərinin pisləşdiyi haqda yazılar dərc olunub. Amma deyilənlərə görə, bu, bir teatrdır. F.Məmmədov “vurulduqdan” sonra guya Alimpaşa Məmmədovla arasının dəydi xəbərləri bilərkdən yayılıb. İddialara görə, bu hiyləgərlik hər iki şəxsin özlərini və əmlaklarını qorumağa xidmət edirmiş.
Fazil Məmmədovun uzun illər qurduğu və sahibkarların qəniminə çevrilən korrupsiya şəbəkəsinin əsas idarəedicisi, hətta nazir işdən çıxarılandan sonra da onun mülklərini, biznesini idarə edən “sağ əli” Alimpaşa Məmmədovun həbsi F.Məmmədovun da Şəmkirdən birbaşa həbsxanaya gedən yolunu aça bilər. Çünki həbs olunan icra başçısı nazirin bütün sirlərinə vaqifdir və istintaqda müəyyən xal qazana bilmək üçün Fazil Məmmədovu sata da bilər/Musavat.com.
Mövzunu davam etdirəcəyik…
Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşdi
Azərbaycan nefti çox cüzi bahalaşıb
PEZİDENT XALQA MÜRACİƏT ETDİ - TAM MƏTN + VİDEO
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb