Deputatdan Baxçalının tvitinə - Reaksiya

img

31-05-2021 [11:58]


“MHP lideri Dövlət Baxçalının Şuşada məktəb inşa etdirmək təşəbbüsü ilə bağlı bəzi anlaşılmazlıq yaranandan sonra bir sıra şəxslər Türkiyə-Azərbaycan münasibətlərində spekulyasiyalara yaratmağa çalışdı. Cəmiyyətimiz ən kiçik incikliyin belə gündəmə gəlməsinə imkan verməməlidir”.

Bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, Prezidentin köməkçisi Hikmət Hacıyev artıq bildirib ki, məktəbin açılışı olacaq: “Biz münasibətlərimizi elə inkişaf etdirməliyik ki, başqa qüvvələr buna müdaxilə edə bilməsin. Vətən Müharibəsində də gördük ki, Azərbaycanın birinci dostu Türkiyədir”.

F. Mustafa qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərində Türkiyə şirkətlərinə üstünlük verilməldir/APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA