ÖZÜNDƏN QAÇIŞ
25-05-2021 [13:52]
Şahnaz ŞAHİN
***
“Bir nəfər qədim Yunan filosofu Falesdən soruşdu:
-Hamı üçün ümumi olan nədir?
-Ümid.
-Bəs ən çətin şey nədir?
Öz-özünü dərk etmək....”
Növbəti essemin adını ağ vərəq üzərinə yazıb kənara çəkilirəm...Eləcə hardan başlayacağımı düşünə-düşünə gecəni yarıdan keçirirəm..Sonra da “ta yox,bu gecədən keçdi..get yat..”, - deyən daxili səsə tərəf dönürəm:
- Düz deyirsən,özündən qaçmağın bir yolu da elə məhz yuxu deyilmi...!?
Yatmaq və xoşuna gəlməyən,səni incidən nə və bəlkə də kim varsa müvəqqəti də olsa unutmaq ..!Tərslikdən belə vaxtlarda yuxu da ərşə çəkilir..Beynimdə aləm bir-birinə dəyib,bütün sistem həmin o qaçışı planlamaqla məşğuldu, amma hara, necə?
Axı, onsuz da bütün gedişlər dönüşə hesablanıb,onda əgər elədirsə, gərək getməyinə dəyə!....
Yadıma bir bayatı düşür:
Əzizim su dayandı,
Sal getdi,su dayandı.
Eşq dərdinə su tökdüm,
Alışdı su da yandı...
Bax, bu da özündən qaçmağın eşq forması...
Sabah şənbə günüdü, yığışıb bir sakit yerə getsəm, dünya dağılmaz ki...Təklifim qəbul olunur...
Səhər obaşdan hazırlaşıb respublikamızın cənub istiqamətinə yol başlayırıq. Bəlli məsafədən sonra rahat yola çıxırıq, hərəkət istiqaməti birtərəfli olan bu təzə salınmış asfalt yol birbaş cənub rayonlarına aparır, olduqca rahat və komfortludur, sürət də saatda 120 km. Bir anlıq qəlbimdə qürürla “Yaşa, var ol, Azərbaycan..” kəlmələri işıqlanır...
Mənzil başına rahat çatırıq, Masallı ərazisində gecələmək üçün yolboyu adama gəl-gəl deyən “Ailəvi istirahət mərkəz”lərindən birinin reklam lövhəsinin göstərdiyi tərəfə dönüb meşənin içinə qədər irəliləyirik. Burda “domik” deyilən taxta evlər tikilmiş və qonaqların istirahəti üçün şərait yaradılmışdır....
Ətrafdan arası kəsilmədən bir “musiqi” eşidilir, susmaq bilmir, lap adamın beyninə işləyən bu səsin sahibləri sən demə cırcıramalar imiş!! Meşəni başına alan xoşbəxt həşaratlar gecə-gündüz bilmədən oxuyurlar! Yadıma “Cırcırama və Qarışqa”nağılı düşür...
”Hə, hələ yaydı, kef edin, qışda yem olmayanda gedib qarışqaya yalvaracaqsız“, - deyə ürəyimdə onlarla bir zarafat da edirəm.
Yol qırağı yerləşdiyindən keçən maşınların səsi məni özümdən qaçdığım bu yerdə özümə qaytarır, başqa əlac yoxdu, yenə qələm-kağızda gəzirəm dincliyimi. Bu sətirləri də Talış meşələrinin dərinliyində, Talış dağları ilə üzbəüz əyləşib yazıram..
...Bəs özündən qaçış nədir,nədən qidalanır,insan hansı hallarda ona ehtiyac duyur? Həddən artıq psixoloji yüklənmə, müxtəlif növ sinir sarsıntıları, düşdüyü və kritik hesab etdiyi vəziyyətdən çıxış yolunun olmaması fikri, bədbinlik, xəstəlik və bu zaman kiməsə yük olma düşüncəsi və s...
Adam yaşadığı ərazidən başqa yerə gedəndə bir az qərib olur sanki,onda dostlara ehtiyacı daha da artır. Bayaqdan bu zonada olduğumu bilən yerli tanış, doğma insanlar axtarır bizi. Fikrimdən Əli Tudənin “Dost əllərdən yapışmasa neylər əlimiz...”misrası keçir.. İnsan həyatında elə anlar olur ki, sanki əli-qolu bağlı, üçürüm qarşısında tək qalmış kimi hiss edir özünü. Bu zaman öz özü ilə, səhvləri,günahları ilə üzbəüz qalır həm də.. Darıxır, sıxılır, vəziyyətdən çıxış yolları arayır. Bu zaman yaranır: özündən uzaqlaşmaq, qaçmaq istəyi..
Olub olacaqları qəbullanmaq üçün insanın yaş faktoru, yaşam tərzi,içindəki azadlıq duyğusu, keçdiyi həyat yolu və qazandığı təcribə yetəri qədər əhəmiyyətlidir.İnsan içində bu və ya digər səbəbdən yaranan boşluqdan can qurtarmaq üçün qaçmağa qərarlıdır və elə qaçır da!İnsan bu zaman qorxur, özünü itirməkdən qorxur...Amma kim ki, özüdür, onlar qorxmur. Qaçır, kimi musiqi dinləməyi, kimi səfərə çıxmağı, kimi də heç vaxt qapısını açmadığı dost-tanışını seçir.İnsan nə qədər yetkin və təcrübəlidirsə aldığı yaraların ağrıları nisbətən az olur, vay o günə ki, gənc və təcrübəsiz ola, onda yaralar daha dərin, ağrıları isə dözülməz olur. Bir filosof əminliklə söyləyir ki, siz yaralarınızdan qorxmayın, Gün işığı məhz həmin yaralardan süzülür ruhunuza...Məncə də!..
Hər yarpaq bir can kirəsi,
Axdı,qurudu şirəsi.
Fırlanır bu Yer kürəsi
Bir payızın başına!..(Ş.Ş)
....Masallıdan Yardımlıya yetənədək yolun sağ və solu ailəvi istirahət mərkəzlərinin müxtəlif səviyyəli reklamları ilə süslənib,axtardığım “Yanardağ” istirahət və müalicə mərkəzinin reklam lövhəsi isə solğun və köhnə olduğundan yanından bir neçə dəfə o baş bu başa keçib getsək də görməmişdik...Nəhayət, tapdıq.(Amma bu ara çaşıb mühafizə kəməri bağlamadığımızdan yol polisinin də nəzərindən qaçmadıq...)
Bu, əsil möcüzədir! Kənarları daşla hörülmüş,mənbəyini isə dağların ta başından alan bulaq 70-80 dərəcədə yerin təkindən qaynayaraq çıxır, artığı da axaraq yan tərəfdən gedən çaya tökülür. Burdaca tikilib əhalinin istifadəsinə verilmiş ”İstisu” müalicəvi mərkəzinin işçisi yaxınlaşıb əlavə məlumatlar verir.Suyu min dərdə əlac olan bulaq suyunun tərkibi alimlər tərəfindən öyrənilmiş,bir çox kimyəvi elementlərlə,o cümlədən kükürdlə zəngindir, bunu daşların üstündəki çöküntü və onun xüsusi iyi də təsdiq edir. Eyni zamanda suya qaz da qarışdığından od vuranda yanır. Elə bulağın adı da burdan alınıb.Mərkəzdə dəri,sümük-oynaq-əzələ,sonsuzluq və s xəstəliklər uğurla müalicə olunur!
Axşamüstü isə yolumuzü Yardımlı ərazisindəki “Təkdam şəlaləsi”ndən salırıq.Təbii bulaq suyu dağların arasından süzülərək burda böyük və kiçik deyilən iki şəlalə əmələ gətirir. Suyu da ki,tərtəmiz,buz kimi sərin.. Deyəsən, özündən qaçmağıma dəyərmiş.. Bu zaman Oşo yadıma düşür:
- “Əgər Himalay dağlarına gedib tənha qalırsınızsa,bir musiqi notu kimisiniz, əgər böyük dünyada yaşayıb kiməsə bağlısınızsa, onda da musiqinin bir notu kimisiniz.
Əgər siz dünyada və ondan kənardasınızsa və əgər siz Himalayı ürəyinizdə daşıyırsınızsa siz not yox,harmoniyasınız...
Həyat daha mürəkkəb olanda daha yüksək harmoniya yaranır!..”
Bəli, mən artıq harmoniya olmağa yaxın yerdəyəm!..Axşam naharını da elə burdaca edib geri-bir gecəlik evciyimizə dönürük...Səhər yeni yol başlayacağam,ta üzü İranla sərhəddə dəyənədək bu yerləri gəzmək keçir könlümdən...
...P.S. Özündən qaçmağın ən təhlükəli isə yolu intihardı..Demişdim axı,bütün yolların dönüşü var,elə intiharın da..Amma bir başqa şəkildə!...
Elə yol seçək ki, özümüzə qayıtmağa yolumuz qalsın...özü də sağ-salamat,arınmış,yetkin və güclü qayıtmağa ..!
İstəsən neçə səbəb
Tapılar ayrılığa.
Hər an açıla bilər
Qapılar ayrılığa.
Bax.mən elə bu səhər
Ayrılıqdan gəlmişəm.
Bəlkə elə sən özün
Ayrılıqdan ölmüsən...
Sözün ən şirini də
Acısı da ayrılıq.
Yolların uzaqğı da
Yaxını da ayrılıq.
Tutar gur yağış kimi
Ömrümüzü bir anda.
Çirpilar qırma-qırma
Üzümüzə dumanda.
Yığışıb köç edərik
Bir həzin ayrılığa..
Bir üzüm sevgiyədi,
Bir üzüm ayrılığa!...(Ş.Ş)
İyul,2019
MİA.AZ
ABŞ Venesuelaya aid üç neft tankerinə "əl qoydu": "Siz harada olsanız, tapacaq və dayandıracağıq"
Səlçuk İnan: "Həyatımda heç vaxt mərc oyunlarına qatılmamışam"
"Fənərbağça" nigeriyalı futbolçuya aldığı maaşın 5 qatını təklif etdi - Danışıqlar başlayıb
"ÜÇ KEÇMİŞ İTTİFAQ ÖLKƏSİNİN İŞĞAL PLANI VAR" - Kəşfiyyat rəhbəri şok iddia irəli sürdü
Prezidentin Amnistiya təşəbbüsü: bu gündən məhkumların azad olunmasına start verilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ağ rəngin poeziyada harmoniyası...
68 yaşlı qadının canına qıyan 31 yaşlı şəxs tutulub
Naxçıvanda ər və arvad dəm qazından boğulub
Məktəb idarəçiliyində süni intellekt: liderlik üçün yeni imkanlar - VAHİD TAĞIYEV YAZIR
Maştağafa obyekt yanıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib
"Neftçi"nin baş məşqçisi oxşar forma ilə meydana çıxmalarını belə cavablandırdı - VİDEO
Ağsuda 14 yaşlı qıza qeyri-etik hərəkət... - İki nəfər saxlanıldı
Məhkəmə-Hüquq Şurasının üzvləri Albaniyada görüşlər keçiriblər
"Neftçi" yeni məşqçi ilə qələbə qazandı - Emin Əmrullayev "Karvan -Yevlax" matçını meydanda izləyib (FOTO, VİDEOLAR) - Yenilənib
Dəmiryolu ərazisində vaqona toxunan məktəblini elektrik cərəyanı vurub - "Vəziyyəti ağırdır" (VİDEO)
Polkovnik Füzuli Musayev hakimləri və rəqib komanda üzvlərini söyüb? - Qalmaqal necə bitəcək?
Şəkidən Bakıya piyada gələn tanınmış idmançı: "Bu yürüş birliyin yoludur" - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub
SÖZÜMÜZ İMZAMIZDIR! - Azərbaycanın sülh çağırışları
Meyxanaçı Ağakərim Maştağada dəfn olunub (Yenilənib)
Azərbaycan nefti cüzi bahalaşdı
“İş yoldaşı qışqırdı ki, uşaq qaldı 20 tonluq çənin altında" - VİDEO
“Özümü birmənalı olaraq təqsirli bilmirəm" - Kamran Əsədov haqqındakı iddialara belə cavab verdi
Keçmiş partiya sədri məhkəmədə: "Oqtay Qasımov demək olar ki, evimdən çıxmırdı" - "Onun niyyəti pisdir, istəyir ki, məni həbs etdirsin"
ABŞ Suriyada əməliyyata başladı: "Bu, yeni müharibənin başlanğıcı deyil, qisasın elanıdır"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İstintaqa çağırılan "Fənərbağça" prezidentindən ilk açıqlama: "Heç nədən qorxmuram"
İstanbulda məşhurların həbsi davam edir - Bir aktrisa qonşunun, digəri isə gecə 03.00-da öz evində saxlanıldı
ŞOK: "Fənərbağça" prezidentinin evində narkotik axtarıldı - Sadettin Saran istintaqa çağırıldı
"Beşiktaş" axtardığı oyunçunu Hollandiyada "tapdı"
İsrail ordusuna əmr verildi: "Daş atanları öldürün!"
Tramp: "O, mənim nə istədiyimi dəqiq, özü də hamıdan yaxşı bilir"
Putin Avropanı hədələdi: "Nəticələri ağır olacaq"
Putin Ukraynada bir neçə şəhəri ələ keçirmək üzrə olduqlarını dedi: "Sizdədirsə, niyə içəri girmirsiniz?"
Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Oyunları keçiriləcək
Xüsusi karantin rejiminin müddəti uzadılıb
Mia.az Xəbər Portalının iki əməkdaşı təltif olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Əhməd İsmayılov Türkiyədə - Burhanettin Duranla görüş olub + FOTO
Dövlətə məxsus daha 50 maşın özəlləşdirilib