Spiker: "Avropa Parlamentinin qətnaməsi bir kağız parçasıdır" - "Ermənistanla sərhədin delimitasiyasını həyata keçirilir"

img

21-05-2021 [11:20]


“Dünən Avropa Parlamentində “hərbi əsirlər” adlı qətnamə qəbul edilib. Bu qətnamədə irəli sürülən iddialar qətiyyən reallığı əks etdirmir”.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

"Avropa parlamenti bir milyondan çox məcburi köçkünün taleyinə səssiz qalırdı. Sözügedən qətnamə də bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Sadəcə olaraq bir kağız parçasıdır”, - o, əlavə edib/Report.

Sahibə Qafarova əlavə edib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidən qurma işləri başlayıb: "Hazırda Azərbaycan suveren hüuqqundan istifadə edərək Ermənistanla sərhədin delimitasiyasını həyata keçirir. Azərbaycan heç bir maneəyə baxmayaraq üçtərəfli bəyanatı tam həcmdə icra edəcək”.

Mia.az

 


Digər xəbərlər
SON XƏBƏRLƏR