“Avroviziya -2021”: bu ölkələr ikinci yarımfinal mərhələsindən final mərhələsinə çıxdı

img

21-05-2021 [09:30]


Niderlandda keçirilən “Avroviziya -2021” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb.

Mia.az xəbər verir ki, müsabiqənin ikinci yarımfinalında Estoniya, Çexiya, San-Marino, Avstriya, Yunanıstan, İslandiya, Polşa, Moldova, Serbiya, Gürcüstan, Albaniya, Portuqaliya, Bolqarıstan, Finlandiya, Latviya, İsveçrə və Danimarka çıxış edib.

İfaların hamısı dinlənildikdən sonra mahnı müsabiqəsinin ikinci yarımfinalında səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan və Finlandiya ikinci yarımfinal mərhələsindən final mərhələsinə çıxıb.

Qeyd edək ki, final mərhələsində ümumilikdə Azərbaycan, İsrail, İsveç, Rusiya, Norveç, Malta, Serbiya, Litva, Kipr, Ukrayna, Belçika, Bolqarıstan, Albaniya, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Finlandiya və Yunanıstan təmsilçiləri çıxış edəcək.

Müsabiqənin final yarışması mayın 22-də keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR