"Səni tapacağam, səni də məhv edəcəyəm” - Çeçenistan rəhbəri izləyicisini hədələdi + VİDEO

img

18-05-2021 [16:49]


Çeçenistan rəhbəri Ramzan Kadırov sosial şəbəkə hesabında izləyicisini təhdid edib.

Bu barədə "Dojd” telekanalı məlumat yayıb.

Belə ki, "Instagram” hesabında canlı yayım zamanı Kadırovun izləyicilərindən biri onu "şeytan” adlandırıb. Bu zaman Kadırov şərhi oxuyub və ekran görüntüsünü çəkib.

"Əgər bunu mənə yazırsansa, səni tapacağam. O zaman bizdən kimin şeytan olduğunu görəcəyik. Mən çox şeytanları məhv etmişəm və səni də məhv edəcəyəm”, - deyə R.Kadırov bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR