Yaşar Əliyev BMT-nin Baş katibinə məktub göndərib
18-05-2021 [13:02]
Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT-nin Baş katibinin ünvanına məktub göndərib.
Mia.az xəbər verir ki, məktubda Ermənistanın Azərbaycana qarşı 30 il davam edən təcavüzündən, işğal olunmuş ərazilərdə Azərbaycan xalqının mədəni irsinin uzun müddət və qəsdən dağıdılmasından bəhs edilir.
Yaşar Əliyevin məktubunda vurğulanır ki, 30 il davam etmiş erməni təcavüzünün dağıdıcı humanitar, iqtisadi və sosial nəticələri ilə bərabər, Azərbaycan ərazisinin işğalı nəticəsində Azərbaycanın minlərlə mədəni irs obyektinə əvəzedilməz zərər vurulub: "Belə obyektlər arasında ümumdünya və milli əhəmiyyətli abidələr, məscidlər, məbədlər, məqbərələr, muzeylər, sərgilər, rəsm qalereyaları, arxeoloji qazıntı sahələri, kitabxanalar və nadir əlyazmalar var. Azərbaycanın Ermənistan ərazisində yerləşən tarixi mədəni irsinin də taleyi belə olub".
Diplomat qeyd edir ki, Azərbaycan hökuməti Birləşmiş Millətlər Təşkilatına ardıcıl olaraq Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində öz mövqeyini möhkəmlətmək üçün məqsədyönlü şəkildə törətdiyi əməlləri, zorla qovulmuş yüz minlərlə azərbaycanlının vətənə qayıtmasına yol verməmək məqsədilə Azərbaycan ərazilərinə demoqrafik, mədəni və fiziki xarakterli dəyişikliklər edilməsini, beynəlxalq hüququn və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin hiddətləndirici şəkildə pozulmasını göstərən geniş sübutlar təqdim edir:
"Azərbaycan bu problemin xüsusi əhəmiyyətini və onunla bağlı narahatlığını nəzərə alaraq, dəfələrlə beynəlxalq birliyin diqqətini onun mədəni irsinə münasibətdə törədilmiş cinayətlərə cəlb edib, Birləşmiş Millət Təşkilatının təhsil, elm və mədəniyyət məsələləri üzrə təşkilatına (UNESCO) və digər beynəlxalq təşkilatlara müraciətlə işğal olunmuş ərazilərə faktaraşdırıcı missiya göndərməyə və oradakı mədəni dəyərlərin qorunmasının təmin edilməsi üçün təcili tədbirlər görməyə çağırıb. Lakin Ermənistan özünün nifrət zəminində törətdiyi cinayətləri gizlətmək məqsədilə bütün işğal illəri ərzində belə missiyaların göndərilməsinə həmişə rədd cavabı verib. Məsələn, 1995-2004-cü illərdə UNESCO-nun Silahlı münaqişələr dövründə mədəni dəyərlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyasının, habelə həmin sənədə 1954-cü və 1999-cu il tarixli protokolların yerinə yetirilməsinə dair fəaliyyəti barədə hesabatında göstərilirdi. Azərbaycan hökuməti Dağlıq Qarabağda və ona bitişik digər işğal edilmiş ərazilərdə mədəni dəyərlərin qorunması ilə bağlı narahatlığını Katibliyə bildirib və faktaraşdırıcı missiya göndərilməsini xahiş edib. Lakin Katiblik həmin rayonda mədəni dəyərlərin vəziyyətini yoxlamam üçün oraya missiya göndərmək imkanından məhrumdur, çünki həmin ərazilər erməni silahlı qüvvələri tərəfindən işğal edildiyi vaxtdan Birləşmiş Millətlər Təşkilatının digər ixtisaslaşmış idarələri oraya gedə bilmirlər. Ermənistan ilə Azərbaycan münaqişənin dinc yolla nizamlanmasına nail olduqdan sonra Katiblik oraya missiya göndərmək məsələsini yenidən nəzərdən keçirəcək”.
Y.Əliyev bildirir ki, 2020-ci il sentyabrın axırlarında Ermənistanın yeni təcavüz aktından sonra döyüş əməliyyatlarının yenidən başlanması Azərbaycanın 300-dən çox şəhər, qəsəbə və kəndinin erməni işğalından azad edilməsi ilə nəticələnib: "Azad edilmiş rayonlarda işğal dövründə təcavüzkarlar tərəfindən törədilmiş dağıntı və qarətlərin dəhşətli miqyasını göstərən çoxlu sübutlar aşkar edilib. Həmin ərazilərdə başqa mülki obyektlərlə yanaşı, yüzlərlə tarixi, mədəni və dini abidə vandalizmə məruz qalıb, qarət edilib və dağıdılıb. 67 məsciddən və müsəlman ziyarətgahlarından 64-ü dağıdılıb və ya ciddi şəkildə zədələnib və murdarlanıb. Ağdam, Qubadlı və Zəngilan rayonlarındakı məscidlər erməni qrafitliləri ilə təhqir edilib, donuz və inək saxlamaq üçün istifadə edilib. Həmin ərazilərdə 900-dən çox qəbiristanlıq dağıdılıb və vandalizmə məruz qalıb".
Məktubda daha sonra deyilir ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qeyri-qanuni “arxeoloji qazıntılar” və belə adlandırılan “bərpa işləri” aparılmasını sübut edən dəlillər aşkar olunub. Bu dəlillər Ermənistanın Azərbaycana məxsus mədəni, tarixi və elmi sübutları gizlətmək və saxtalaşdırmaq cəhdləri barədə əvvəlki məlumatları təsdiq edir. Məsələn, Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonunda “qədim” xaçkarlar – ermənilərin daş xaçları istehsal edən müasir emalatxana aşkar edilib . Bu xaçkarlara qədimi görkəm vermək üçün onlar oksidləşdirilir, sirkə ilə emal edilir, sonra isə ermənilərin guya həmin regionda əsrlər boyu yaşamasının “mübahisə doğurmayan” sübutları kimi torpağa basdırılırdı.
Ermənistan silahlı qüvvələri və həmin ərazilərdə qeyri-qanuni şəkildə məskunlaşmış ermənilər 10 noyabr 2020-ci il tarixli Bəyanatın şərtlərinə əsasən Azərbaycana qaytarılmalı olan işğal edilmiş əraziləri tələsik boşaldarkən oradakı mədəni dəyərləri dağıtmaqdan və oğurlamaqdan çəkinməyiblər. Məsələn, Ermənistan silahlı qüvvələri 2020-ci il noyabrın 20-nə qədər Ağdam rayonundan çıxmazdan əvvəl həmin rayonun Qiyaslı kəndindəki məscidi yandırıblar. Ermənistan silahlı qüvvələri işğal etdikləri ərazidən çıxarkən Azərbaycanın Kəlbəcər rayonunda yerləşən Xudavəng monastır kompleksini qarət ediblər. Həmin kompleksin daxilindəki Arzu-xatun kilsəsinin şərq divarındakı freska, habelə xaçlar, kilsə zəngləri və ikonalar da oradan çıxarılıb və qanunsuz olaraq Ermənistana aparılıb.
Azərbaycanın mədəni irsinə münasibətdə Ermənistanın məsuliyyətsiz dağıdıcı davranışı beynəlxalq hüququn hiddətdoğurucu pozuntusudur. Beynəlxalq hüquqa görə, birincisi, mədəni dəyərlər hücum obyekti olmamalıdır; ikincisi, hərbi əməliyyatlar dövründə mədəni dəyərlərin qorunması üçün bütün zəruri tədbirlər görülməlidir; üçüncüsü, mədəni dəyərlərin işğal edilməsi, məhv edilməsi, qəsdən zədələnməsi, oğurlanması, qarət edilməsi və mənimsənilməsi, onlara qarşı vandalizm aktları qadağan edilib; dördüncüsü, işğalçı dövlət işğal edilmiş ərazilərdən mədəni dəyərlərin qanunsuz olaraq daşınmasının qarşısını almalı və qeyri-qanuni şəkildə daşınıb aparılmış dəyərləri işğal olunmuş ərazinin səlahiyyətli orqanlarına qaytarmalıdır.
Münaqişə dövründə Azərbaycanın mədəni irsinə qarşı Ermənistanın törətdiyi əməllər həm də beynəlxalq insan haqları hüququnun pozulmasıdır, beynəlxalq cinayət hüququna müvafiq olaraq hərbi cinayətlər və insanlığa qarşı cinayətlərdir. Bundan əlavə, Ermənistan azərbaycanlı əhalinin qovulduğu ərazilərdə etnik təmizləmələr, torpağın və əmlakın müsadirə edilməsi və toponimlərin dəyişdirilməsi ilə yanaşı, özünün həmin yerlərdə azərbaycanlıların tarixi və mədəni köklərinin izlərini məhv etməyə yönəlmiş siyasəti və praktikası çərçivəsində Azərbaycanın mədəni irsinin dağıdılması, murdarlanması, qarət edilməsi və mənimsənilməsi ilə məşğul olub.
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri daha sonra vurğulayır ki, Azərbaycan hökuməti münaqişə və işğal illəri ərzində zərər çəkmiş bütün tarixi və mədəni obyektlər arasında heç bir fərq qoymadan onların hamısını təmir və bərpa edəcək. Azad edilmiş ərazilərdə təcrübəli mütəxəssislərin və memarların iştirakı ilə iş aparılır.
Eyni zamanda, Ermənistan yalan məlumatlar yaymağı, düşmənçiliyi qızışdırmağı davam etdirir. Buna görə də beynəlxalq birlik möhkəm və davamlı sülhə, ədalətə və barışığa kömək məqsədilə yaddan çıxarmamalı və israrla vurğulamalıdır ki, Ermənistan özünün başladığı müharibəyə, on minlərlə dinc sakinin qətlə yetirilməsinə, minlərlə şəhər, qəsəbə və kəndin yerlə-yeksan edilməsinə görə məsuliyyət daşıyır və onun yeganə məqsədi saxtalaşdırılmış tarixi nəzəriyyələrə və irqi xurafata əsaslanan qeyri-qanuni ərazi iddialarını reallaşdırmaqdır.
Məktuba Ağdam, Qubadlı və Zəngilan rayonlarında dağıdılmış və murdarlanmış məscidlərin, Ağdam rayonunun Qiyaslı kəndindəki yandırılmış məscidin, Arzu-xatun kilsəsinin şərq divarından çıxarılaraq qeyri-qanuni şəkildə Ermənistana aparılmış freskanın, habelə Azərbaycan xalqının ermənilər tərəfindən dağıdılmış digər mədəni irs obyektlərinin təsvirləri əlavə edilib.
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev məktubunun sonunda Baş katibdən həmin məktubu Baş Assambleyanın gündəliyinin 15, 34, 35, 40, 64, 70, 72, 86 və 135-ci bəndləri üzrə Baş Assambleyanın sənədi və Təhlükəsizlik Şurasının sənədi kimi yayılmasını xahiş edib.
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib
5 MİN MANATADƏK QEYSƏRİYYƏ ƏMƏLİYYATLARI: bazar, yoxsa...? - Hansı həkim neçəyə edir? (SİYAHI)
"Aston Villa" məşhur məşqçi ilə müqaviləni uzadıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə 43 əfqan saxlanılıb
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
Millimiz Belarusa uduzub
Arda Gülər "Real Sosyedad"lə oyuna əsas heyətdə meydana çıxacaq
“Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik" - İlham Əliyev quru sərhədlərin bağlanmasından danışdı
Xankəndidə silah-sursat aşkarlanıb
Aparıcı: "Vado Korovinin "Space"yə rəhbərlik edib-etməyəcəyi bəlli deyil" - "Allah heç kimi heç kimin yanında xəcalətli etməsin"
Pul, reytinq, əxlaq... - Lalə Azərtaş getdi, bəs o biri verilişlər də bağlanacaqmı? (Açıqlamalar)
AQC Direktorlar Şurasının yığıncağı keçirilib
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İLHAM ƏLİYEV BEYNƏLXALQ FORUMDA: "Biz onlara bu şansı verməyəcəyik" - FOTOLAR (YENİLƏNİR)
Nigeriyada terrorçular "at oynadır" - Daha 15 nəfər öldürülüb, xeyli qadın qaçırılıb
Polis və prokurorluğa çağırışdan boyun qaçırma... - Bu halda axtarış da elan ediləcək (Yeni qanun)
"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır" - "Biz oturub gözləyə bilmərik"
“Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik olunub