Milli Məclisdə Fransanın “Musulmans en France” xəbər portalının nümayəndə heyəti ilə görüş olub - FOTO
17-05-2021 [19:47]
Mayın 17-də Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun bir neçə üzvü Fransanın “Musulmans en France” xəbər portalının nümayəndə heyəti ilə görüşüb.
Mia.az MM-ə istinadla xəbər verir ki, Milli Məclisin Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov qonaqları salamlayaraq Azərbaycan və Fransa əlaqələri barədə danışıb. Ulu öndər Heydər Əliyevin dövründən başlayaraq Azərbaycanın Fransa ilə əlaqələrinin mühüm əhəmiyyət daşıdığını deyən Soltan Məmmədov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsinə verdiyi töhfələrdən bəhs edib.
Deputat 44 günlük Vətən müharibəsi və müharibədən sonrakı dövrdə Fransada Azərbaycana qarşı aparılan bədxah kampaniyadan, qərəzli qətnamələrdən, ədalətsiz hücumlardan, beynəlxalq hüquqa zidd bəyanatlardan təəssüflə söz açıb. O, bu hərəkətlərin Cənubi Qafqazda dayanıqlı sülhə və əmin-amanlığa zərbə vurduğunu qeyd edib. Deputat “Musulmans en France” xəbər portalının timsalında həqiqətlərin, beynəlxalq hüququn və ədalətin tərəfində dayanan Fransa media mənsublarına öz təşəkkürünü bildirib.
Fransanın “Musulmans en France” xəbər portalının təsisçisi və baş redaktoru Jan Mişel Brun öz növbəsində bəzi siyasətçilərin və parlamentarilərin məlum mövqeyinin bütün Fransaya aid olmadığını vurğulayıb. Qonaq media məkanında informasiya müharibəsinin indi də davam etdiyini bildirərək Azərbaycanla bağlı həqiqətlərin Fransa ictimaiyyətinə daha keyfiyyətli və müntəzəm çatdırılmasının əhəmiyyətindən söz açıb.
Görüşdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva və Fransa Milli Elmi-Tədqiqatlar Mərkəzinin (CNRS) islamşünas alimi, Paris Tədqiqatlar Ali Məktəbinin doktoru Karim İfrak da çıxış edərək Azərbaycan mədəniyyətinin, multikulturalizminin və tolerantlığının Fransada tanıdılmasının əhəmiyyətindən danışıblar, bu istiqamətdə həyata keçirilməli olan tədbirlər haqqında fikirlərini bildiriblər.
Görüşdə Milli Məclisin Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Kamal Cəfərov, fransalı jurnalist Sara Durmen və digər rəsmi şəxslər də iştirak ediblər.
Qırğızıstan prezidenti Füzuliyə gedib - İlham Əliyev qarşılayıb
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib