Peşə məktəbində koronavirusa görə bağlanıb

img

17-05-2021 [17:22]


Hazırda yalnız 1 peşə təhsili müəssisəsi karantin səbəbilə yerində tədrisi müvəqqəti dayandırıb.

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.Peşə təhsil müəssisələrində çalışan pedaqoji və texniki heyətin “COVID-19” əleyhinə vaksinasiya prosesi davam edir. Ümumi heyətin 66.1 faizi birinci doza, 19.1 faizi isə hər iki doza üzrə vaksinasiyaprosesində iştirak ediblər. Bakı üzrə bu göstəricilər 60 faiz, Sumqayıt üzrə 74,2 faiz, Abşeron rayonu üzrə 84,6 faiz, regionlar üzrə isə 67,2 faiz təşkil edir.

Qeyd edilib ki, martın ayının sonundan etibarən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, Peşə təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR