Gürcüstanın daxili işlər naziri və DTX rəisi Dmanisidə: "Saxlanılanlar var, sərt cəzalandırılacaqlar"

img

17-05-2021 [15:19]


Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri və Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili Dmanisiyə gedib.

Məlumata görə, Dmanisidə jurnalistlərə açıqlama verən nazir qanun pozuntusuna yol verən hər kəsin sərt şəkildə cəzalandırılacağını deyib.

Nazir deyib ki, azərbaycanlılar və gürcülər əsrlər boyu birgə yaşayıblar: "Azərbaycanlılar bizim qardaşlarımızdır. Rayonda baş vermiş xoşagəlməz hadisə millətlərarası qarşıdurmaya keçməməlidir. Etnik azərbaycanlılar ilk növbədə bizim vətəndaşlarımızdır, Azərbaycan isə Gürcüstanın strateji tərəfdaşı, müttəfiqi, qonşusu və dostudur. Biz qarşıdurmaya yol verə bilmərik. Dmanisidəki hadisələri etnik zəmində qarşıdurma kimi təqim edərək problemi şişirtməyə çalışanlar var. Biz buna imkan verməyəcəyik".

Gürcüstan DTX-nın rəisi isə qeyd edib ki, Dmanisidə baş verən insident məişət zəminindədir və etnik qarşıdurma kimi qəbul edilməməlidir: “Aidiyyəti şəxslər münaqişə tərəfləri ilə işləyirlər. İnsidentlə əlaqədar saxlanılanlar var və araşdırmalar davam etdirilir”.

Q. Liluaşvili tərəfləri qanun çərçivəsində davranmağa çağırıb/APA.

Xatırladaq ki, ötən gün Dmanisi rayonunda azərbaycanlıların yaşadığı ərazidə kütləvi dava baş verib.

Belə ki, bir qrup svan və gürcü yerli azərbaycanlılara hücum edərək, onlara xəsarət yetirib. Buna etiraz edən azərbaycanlılar bu gün aksiya keçiriblər. Onlar günahkarların cəzalandırılmasını tələıb edirlər.

Mia.az

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub