Gürcüstanda daha bir məhdudiyyət aradan götürülüb

img

17-05-2021 [13:27]


Bu həftədən etibarən Gürcüstanda restoran və kafelər həftəsonları da fəaliyyət göstərəcəklər.

Bu barədə qərar ölkənin Dövlət Qurumlarıarası Koordinasiya Şurasının iclasında qəbul olunub.

Qərara əsasən, ictimai iaşə obyektləri şənbə-bazar günləri müvafiq qaydalara uyğun olaraq müştəriləri yalnız açıq havada qəbul edə biləcəklər.

Qeyd edək ki, bu günədək qonşu ölkədə kafe və restoranların həftəsonları işləməsi qadağan idi, onlar yalnız çatdırılma xidməti göstərirdilər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR